• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AMEA və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası birgə layihələrdə iştirak edəcək

Cəmiyyət

4-10-2024, 11:28

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) nümayəndəsi Robin Fears ilə görüşüb.
AMEA-dan bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsinin tarixi hadisə olduğunu deyib və Bakı İqlim Fəaliyyəti Həftəsinin COP29-a hazırlıq üçün mühüm mərhələlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu konfrans vasitəsilə akademiya ölkəmizə gələn dünyanın tanınmış alimləri ilə geniş əlaqələr qurmaq imkanı əldə edir.
Qonağa akademiyanın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verən akademik İsa Həbibbəyli dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirildiyini, AMEA-nın artıq öz tərkibində humanitar və ictimai elmləri, eləcə də seysmologiyanı cəmləşdirdiyini söyləyib. Bundan əlavə, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri kimi bölmələrinin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-nın elmi bölmələrinin fəaliyyət istiqamətləri çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş konfranslar keçirilib, iqlim dəyişikliyinə dair geniş müzakirələr keçirilib.
AMEA rəhbəri yaxın günlərdə isə Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə növbəti konfransın keçiriləcəyini, yaşıl dünya və iqlim dəyişiklikləri ilə bağlı tarixçi, filosof, ədəbiyyatşünas, folklorşünas alimlərimizin baxışlarının müzakirə olunacağını vurğulayıb.
Akademik İsa Həbibbəyli qonağa, həmçinin AMEA-nın beynəlxalq əlaqələri barədə geniş məlumat verib və bildirib ki, akademiya son iki ildə tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilib. AMEA Beynəlxalq Elmi Şuranın, eləcə də Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının, son olaraq da Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının səsvermə hüququna malik tamhüquqlu üzvü seçilməklə dünya elmində gedən proseslərdə yaxından iştirak edir.
AMEA rəhbəri Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər sahəsində IAP-la əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə çıxış edən IAP nümayəndəsi Robin Fears COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin dünyadakı nüfuzunu daha da artırdığını deyib. AMEA-da keçirilən “Yaşıl dünya” və COP29-a həsr olunmuş konfransları təqdir edən IAP rəsmisi xüsusilə bu istiqamətdə humanitar və ictimai elmlər sahələrini təmsil edən alimlərin iqlim dəyişmələrinə baxışının fərqli yanaşma olduğunu bildirib.
Robin Fears Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının 4 regional bölməsinin fəaliyyət göstərdiyini, öz tərkibində 150-yə yaxın milli, regional və qlobal akademiyaları, 30 mindən artıq alim, mühəndis və tibb mütəxəssisini bir araya gətirdiyini, elm, təhsil, sağlamlıq, enerji və digər sahələrdə qlobal problemlərin həllinə dair dövlətlərə, ictimaiyyətə elmi məsləhətlər təqdim etdiyini vurğulayıb. Qeyd edib ki, IAP dünyanın aparıcı elmi mütəxəssislərinin təcrübəsini birləşdirərək elmdə, təhsildə mükəmməlliyin təbliğini və digər mühüm inkişaf məqsədlərinə nail olmağı hədəfləyir.
Qonaq, həmçinin bioelmlər sahəsində apardığı tədqiqatlar barədə danışıb. Görüş zamanı birgə layihələrdə iştirak məsələsi də geniş müzakirə olunub.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-09-2024, 10:35

İsa Həbibbəyli: Azərbaycan-Çin elmi əlaqələri özünəməxsus inkişaf yolu keçməkdədir

Siyasət

30-07-2024, 11:59

Ceyhun Bayramov BMT-nin regional direktoru ilə COP29-a hazırlıq işlərini müzakirə edib

Siyasət

23-07-2024, 12:10

Akademik: Milli Məclisə növbədənkənar seçkilər genişmiqyaslı islahatların həyata keçirilməsinə xidmət edir

Siyasət

17-05-2024, 18:40

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb

İqtisadiyyat

8-03-2024, 15:07

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq işləri müzakirə olunub

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə