• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib

İqtisadiyyat

10-09-2024, 11:19

İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə bizneslərin təxminən 99 faizini KOB subyektləri təşkil edir və “yaşıl artım”ın və yaşıl iqtisadiyyata keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların “yaşıl transformasiyası”ndan keçir.
Nazirin sözlərinə görə, istilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-ların enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır: “Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olurlar. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir. Həmçinin KOB-lar bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən yaşıl iqtisadiyyatda vacib amildir”.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev çıxışında “Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılmasının KOB-ların daha dayanıqlı təcrübələrə keçidini asanlaşdıracağını və onları lazımi bilik, məsləhət və texnologiya ilə təmin edəcəyini deyib. Nazir qeyd edib ki, bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir: “COP29-un əsas prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir”.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Yaşıl konsepsiya”nın tətbiqi üzrə işlərin davam etdiyini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq “Yaşıl biznes standartı”nın hazırlanması üzərində iş getdiyini diqqətə çatdırıb: “KOBİA artıq bu ilin fevral ayından BMT-nin Qlobal Sazişinə üzv olub. Bu gün “ACWA Power” şirkəti ilə imzalayacağımız Anlaşma Memorandumu isə KOB-ların yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur. KOB-ların “yaşıl transformasiya” sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd preambula və operativ həll hissələrindən ibarətdir. İlk hissədə KOB-ların dünya iqtisadiyyatında mövcud rolu, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında əhəmiyyəti və müvafiq istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi məsələlərinə toxunulur. Operativ həll hissəsində isə yuxarıda sadalanan KOB-ların qarşılaşdığı 3 əsas problemli sahələr üzrə fəaliyyət istiqamətləri təklif olunur. Sənəddə həmçinin, qlobal səviyyədə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələndirmə platformasının təmin edilməsi üçün “Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılması təşəbbüsü irəli sürülür”.
COP29 Azərbaycan üzrə BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29-un əsas mövzusunun iqlimin maliyyələşdirilməsi olduğunu bildirib. Onun fikrincə, bu məsələdə özəl sektorun rolu danılmazdır və illər keçdikcə də bu sektorun rolu böyüyür. Bu baxımdan dövlət və özəl maliyyə resursları arasında əməkdaşlığı təşviq etmək və bu yolla iqlim dəyişikliyinin təsirlərini səmərəli şəkildə azaltmaq önəmlidir. Eyni zamanda, özəl sektorun da bu istiqamətdə təşəbbüs göstərməsi, yeni texnoloji həlləri təqdim etməsi, dayanıqlı infrastruktur və iqlim layihələrinə sərmayə yatırmasına zərurət var. Qarşıda duran vəzifələr həm şəffaf öhdəliklər, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə hədəflərimizin aktuallığı ilə uyğunlaşan ciddi planların hazırlamağını tələb edir.
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bu gün dünyada emissiya olunan karbon vahidlərinin 24 faizinin hər hansı bir formada karbon qiyməti ilə əhatə olunduğunu nəzərə çatdırıb: “Bu gün bu rəqəm kiçik görünə bilər, amma 10 il əvvəl bu, bütün emissiya olunan karbon vahidlərinin cəmi 7 faizini əhatə edirdi. Hansısa ölkə “karbon vergisi” tətbiq edir, digər ölkə isə emissiya olunan hər bir karbon vahidinə görə sahibkardan ödəniş alır”.
Daha sonra çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev COP29 ərəfəsində bir sıra tədbirləri təşkil etməyi planlaşdırdıqlarını vurğulayıb. O bildirib ki, noyabrın 14-də COP29-un “Maliyyə, İnvestisiya və Ticarət günü” çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün maliyyə, investisiya və ticarətin inteqrasiyasını təşviq edən və COP29-un fəaliyyət gündəliyindəki 14 təşəbbüsdən biri olan İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı Təşəbbüsü - “BICFIT Dialoqu” keçiriləcək: “Tədbir çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv və bir-biri ilə uyğunlaşmış strategiyaların inkişafının müzakirəsi məqsədilə yüksək səviyyəli panellər və xüsusi mövzulara həsr olunmuş sessiyalar təşkil olunacaq. Eyni zamanda, COP29-un “Maliyyə, İnvestisiya və Ticarət günü" çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə “Biznes, İnvestisiya və Filantropiya Platforması” adlı tədbirin keçirilməsi planlaşdırılır. Sözügedən platforma biznes və özəl sektor liderləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinə beynəlxalq iqlim danışıqları ilə yanaşı, öz öhdəliklərini ifadə etmək imkanı verəcək”.
Konfransda,həmçinin Dünya İqlim Fondunun İdarə Heyətinin sədri Cens Nilsenin də məruzələri maraqla dinlənilib.
Qeyd olunub ki, KOB-ların yaşıl transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək KOBİA tərəfindən KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb və bu, KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası Bəyannaməsində öz əksini tapıb. Tədbir çərçivəsində müvafiq bəyannamə COP29-un Prezidentinə təqdim edilib.
Tədbirdə KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven tərəfindən imzalanmış sənəd kiçik və orta sahibkarlıq subyektlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.
Konfransda BMT-nin Qlobal Sazişi tərəfindən korporativ dayanıqlılıq mədəniyyətinin təşviqində fəal iştirakına görə KOBİA-ya sertifikat təqdim edilib.
Tədbir panel iclaslarla davam edib.
“KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” mövzusunda paneldə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, “SmartNation” Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova, “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin layihə direktoru Eşli Roulands, energetika üzrə ekspert Cahangir Əfəndiyev və “Sustainera Solutions” şirkətinin partnyoru İlkin Hacıyev yaşıl iqtisadiyyatın inkişafda rolunun artırılmasında dövlətin prioritetləri, karbon izi indikatorlarının ixraca təsiri, bərpa olunan enerji tərəfdaşlığı vasitəsilə KOB-ların potensialının artırılması, enerji səmərəliliyinin karbon emissiyasının azaldılmasında rolu, xalis sıfır hədəflərinə çatmaqda KOB-ların əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi üçün potensialın artırılması barədə məlumat veriblər.
“İqlim maliyyəsi və KOB-lar” mövzusunda paneldə isə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsi müdirinin müavini Eldar Əhmədov, Mərkəzi Bankın Dayanıqlı maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov, Azərbaycan Bank Tədris Mərkəzinin fəxri direktoru Cavanşir Abdullayev, strateji və idarəetmə məsələləri üzrə ekspert və “Caspian Group”un təsisçi partnyoru Mehman Abbas, Azərbaycan Beynəlxalq Bankının Strategiya ofisi direktorunun müavini Berk Öztürk yaşıl maliyyənin genişlənməsi sahəsində vizyona və strateji planlara, Enerji Fondunun yaşıl keçidin maliyyələşdirməsi üçün mexanizmlərinə, maliyyə bazarı iştirakçılarının yaşıl maliyyələşməyə hazırlığı barədə fikirlərini bölüşüblər.
Hər iki panel üzrə müzakirələr bitdikdən sonra sahibkarların sualları cavablandırılıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-09-2024, 11:05

Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə yerli sahibkarlar üçün təlim keçirilir

İqtisadiyyat

3-06-2024, 15:30

KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

İqtisadiyyat

18-03-2024, 11:43

Bolqarıstan Azərbaycan-Aİ "yaşıl enerji" dəhlizində mühüm rol oynaya bilər - Nazirlik

İqtisadiyyat

17-03-2024, 20:53

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Gündəm / Siyasət

22-02-2024, 18:03

Sahibə Qafarova: “Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
Son xəbərlər
  • 31-10-2025, 10:52
    Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
  • 31-10-2025, 10:49
    Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
  • 29-10-2025, 11:05
    Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib
  • 28-10-2025, 11:32
    Prezident İlham Əliyev milli bayram münasibətilə Çexiya Prezidentini təbrik edib
  • 24-10-2025, 11:10
    Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib
  • 24-10-2025, 11:08
    Bu il Naxçıvanın ixrac əməliyyatlarının həcmi 10,3 milyon dolları ötüb
  • 24-10-2025, 11:05
    Azərbaycan Universitetinin 90 tələbəsi PTE sertifikatı əldə edib
  • 24-10-2025, 10:57
    Opera studiyasının səhnəsində “Kənd namusu” operası nümayiş olunub
  • 24-10-2025, 10:53
    Aİ Rusiya vəsaitlərinin Ukrayna üçün istifadəsi ilə bağlı minimal kompromis əldə edib
  • 23-10-2025, 16:01
    "UĞUR GROUP İNŞAAT"MMC-NİN RƏHBƏRLİYİNDƏN İCTİMAİƏTƏ AÇIQLAMA
  • 22-10-2025, 22:51
    Prezident İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
  • 22-10-2025, 22:49
    Ekspert: Tacikistan və Azərbaycan bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir
  • 22-10-2025, 22:48
    “Koroğlu” filmi 65 illiyini qeyd edir
  • 22-10-2025, 22:46
    Baytarlar ət kəsim məntəqələrinə daimi nəzarət edir, heyvanlara günlük baxış keçirilir
  • 22-10-2025, 22:45
    Qazaxıstan mətbuatı: Azərbaycan Prezidentinin səfəri qardaşlığın və strateji etimadın möhkəmlənməsinin təzahürü oldu
  • 21-10-2025, 18:46
    Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • 21-10-2025, 18:42
    Strateji tərəfdaşlıq münasibətlərinin 20-ci ildönümündə Azərbaycan-Qazaxıstan əlaqələri
  • 20-10-2025, 21:49
    Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
  • 20-10-2025, 21:44
    Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb
  • 20-10-2025, 21:40
    "UĞUR GROUP İNŞAAT"MMC GÜNÜ GÜNDƏN UĞURLA İNKİŞAFDADIR
  • 17-10-2025, 21:38
    Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • 17-10-2025, 21:35
    Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
  • 17-10-2025, 21:28
    Vatikanda Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı olub Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib
  • 15-10-2025, 11:49
    TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb
  • 15-10-2025, 11:47
    Azərbaycan və Belarus beynəlxalq istehsal müəssisəsi qura bilər
  • 15-10-2025, 11:45
    Xalq artisti Ramiz Quliyev vəfat edib
  • 15-10-2025, 11:42
    DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
  • 15-10-2025, 11:39
    DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb
  • 15-10-2025, 11:37
    Netanyahu: HƏMAS-ı tərk-silah etmək girovların qaytarılmasından sonra növbəti addımdır
  • 14-10-2025, 22:57
    FƏRƏC QƏHRƏMANOVUN İCTİMAİƏTƏ NÖVBƏTİ MÜRACİƏTİ
  • 12-10-2025, 22:50
    Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəlib
  • 10-10-2025, 11:41
    Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.
  • 10-10-2025, 11:40
    Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub
  • 9-10-2025, 16:22
    Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfərə gəlib
  • 9-10-2025, 16:18
    Prezident İlham Əliyev: Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə