• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyevin zəngin irsi: Bu günümüz və sabahımız üçün strateji yol xəritəsidir – Deputat

Siyasət

10-05-2024, 10:51

Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli dövlət xadimi idi. Ümummilli lider öz həyatını doğma xalqına həsr edərək, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmağa nail olub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir: “Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına da xüsusi olaraq diqqət yetirib. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri önə çəkirdi. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması hesab olunur. Çünki Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəslə ötürməyi bacarıb. Bu mənada xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdib”.
Deputat bildirib ki, ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə təsdiq edib: “Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirməyə nail olub. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşanır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən böyük uğur və inamla davam etdirilir. Sözsüz ki, azərbaycançılıq məfkurəsinin formalaşması və təbliği birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdı. Ulu öndər heç də təsadüfən vurğulamırdı ki, “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Ulu öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı”.
Millət vəkili hesab edir ki, Azərbaycanı yox olmaqdan parçalanmaqdan xilas edən ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə suverenliyimizin qorunub təmin edilməsiniə nail olmağın yol və istiqamətlərini müəyyənləşdirib: “Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik”. Sözsüz ki, ulu öndərin milli birliyimizə hədəflənən strateji planları sayəsində biz qalib olduq özümüzə məxsus olanı işğalçıdan ala bildik. Artıq Dünya Azərbaycanlılarının Şuşada qurultayı keçirilib. Bu ulu öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycanın real mənzərəsinin əksi idi. Çünki illərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür”.
Aqil Məmmədov vurğulayıb ki, Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməklə “Dəmir Yumruğa” çevrildi: “2020-ci ilin 27-i sentyabrında balayan 44 günlük Vətən müharibəsi və ötən ilin 19-20 sentyabr tarixlərində baş tutan lokal antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi: “Sözsüz ki, azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına tarixi zəmin formalaşdırmışdı. İndi biz qalib xalq olaraq bundan sonra da ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq xalqımızın və dövlətimizin daha da çiçəklənməsi və qüdrətlənməsi istiqamətində ardıcıl səylərimizi davam etdirəcəyik”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-05-2024, 20:33

Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda konfrans keçirilib

Cəmiyyət

8-05-2024, 21:49

“Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib

Mədəniyyət

8-05-2024, 17:26

Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub

Gündəm / Cəmiyyət

12-04-2024, 14:40

Dövlət komitəsinin nümayəndələri "N" hərbi hissəsində olublar

Gündəm / Siyasət

8-03-2024, 14:51

Prezidentdən 8 Mart təbriki

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
Son xəbərlər
  • Bugün, 15:48
    LALƏ RUSTƏMOVA PENiTENSİAR XİDMƏTİN RƏHBƏRLİYİNDƏN QƏBUL EDİLMƏSİNİ XAHİS ETDİ.
  • Dün, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • Dün, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
  • 11-11-2025, 13:36
    Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
  • 11-11-2025, 13:21
    Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
  • 11-11-2025, 13:18
    Çempionlar Vətənə geri dönür!
  • 11-11-2025, 13:11
    “Ərdoğan çox güclü ordusu olan böyük liderdir” – Tramp
  • 10-11-2025, 22:45
    Xəzər dənizində xilasetmə işləri həyata keçirilmişdir
  • 10-11-2025, 19:56
    “İqtisadi cəhətdən heç bir ölkədən asılı deyilik”
  • 10-11-2025, 16:55
    Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi – Foto
  • 10-11-2025, 16:27
    "Bugünkü nəsil Atatürkün vəsiyyətlərinə sadiqdir" - Ərdoğan
  • 10-11-2025, 12:37
    ABŞ bir gündə 2 mindən çox uçuşu ləğv etdi
  • 10-11-2025, 12:20
    2025-ci il üzrə ən çox tələb olunan peşələr
  • 10-11-2025, 11:42
    Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
  • 10-11-2025, 11:37
    Zelenski: Trampdan Qərb liderləri kimi qorxmuram
  • 10-11-2025, 11:33
    Gələn ildən bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən
  • 10-11-2025, 11:27
    Qızılın qiyməti ilk dəfə 4050 dolları keçdi
  • 10-11-2025, 11:10
    İslamiada: Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar
  • 8-11-2025, 22:02
    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
  • 8-11-2025, 12:12
    Azərbaycan Zəfər Gününü qeyd edir
  • 8-11-2025, 12:01
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı videoçarx paylaşıb
  • 7-11-2025, 17:50
    Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 7-11-2025, 17:35
    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib
  • 6-11-2025, 18:38
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 4-11-2025, 21:25
    Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib
  • 4-11-2025, 21:24
    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
  • 4-11-2025, 21:22
    Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
  • 4-11-2025, 21:21
    Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
  • 4-11-2025, 21:19
    İbrahim Tatlısesin MİRAS QƏRARI - övladları qəzəbləndi
  • 4-11-2025, 21:17
    Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə