• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Cəmiyyət

11-07-2024, 13:09

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Konfransda Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq rayonda böyük nüfuz və hörmətə malik olan ağsaqqalların xidmətlərindən söz açıb. Ağsaqqalların Xətai rayonunun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib. Vurğulayıb ki, ağsaqqallar bizim üçün mayakdır və mövqeyindən, statusundan asılı olmayaraq hər bir kəs onlardan çox şey öyrənə bilər. Rafiq Quliyev, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün şəhər və rayonlarımızda olduğu kimi, Xətai rayonunda da həyata keçirilən geniş quruculuq işlərindən, inkişaf prosesindən ətraflı danışıb və rayona, sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlığını ifadə edib.
Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov təşkilatın hesabat dövrü ərzində həyata keçirdiyi fəaliyyət haqqında çıxış edib. Vurğulayıb ki, ağsaqqallar hesabat dövrü ərzində ölkəmizin, o cümlədən də rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, Vətənimizin sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizdə müxtəlif məsələlərin həllinə öz töhfələrini veriblər. Rayonun ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində, liseylərdə, eləcə də peşə təhsil mərkəzində gənclərlə silsilə görüşlər keçiriblər, onlarla maarifləndirici işlər aparıblar. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin anım tədbirlərində iştirak edən Xətai Rayon Ağsaqqallar Şurasının üzvləri şəhid ailələrini, qazilərimizi bayramlarda və əlamətdar günlərdə ziyarət edərək onlara öz dəstəklərini göstəriblər. Mürvət Əsgərov onu da qeyd edib ki, ağsaqqallar “Heydər Əliyev İli” çərçivəsində rayonun icra hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə bir çox tədbirlər və əhəmiyyətli görüşlər keçiriblər, növbədənkənar prezident seçkilərində də fəal iştirak edərək xalqımızın vahid namizədi cənab İlham Əliyevin ən böyük dəstəkçilərindən olublar. Natiq hesabat dövrü ərzində Türkiyədə “Şəhid Ailələri Sosial Yardımlaşma və Həmrəylik Cəmiyyəti”nin üzvləri və şəhid ailələri ilə birlikdə iştirak etdiyi “Bayrağımız-bayrağınız, şəhidimiz-şəhidiniz” adlı tədbir barəsində də məlumat verərək çıxışının sonunda bildirib ki, biz ağsaqqallar gələcəkdə də Azərbaycanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov, İdarə Heyətinin üzvləri - Nizami Hüseynov, şəhid atası Bəylər Pənahov, Cəbrayıl Şahlarov və Rayon Ağsaqqallar Şurasının digər üzvləri təşkilatın aktiv fəaliyyətindən bəhs ediblər. Şuranın İcra Hakimiyyəti və YAP-ın yerli təşkilatı ilə əməkdaşlıq şəraitində hayata keçirdiyi fəaliyyətdən söz açıblar. Cəmiyyətimizdə mövcud olan nöqsanlara qarşı daha ciddi işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, Xətai rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, ağsaqqallarla, xüsusilə də şəhid ataları olan ağsaqqallarla görüşdüyü üçün çox məmnundur. Öz canlarından keçərək Zəfər tariximizi yazan unudulmaz şəhidlərimiz və onların valideynləri, ailələri bizim üçün çox əzizdir. Sonra natiq Azərbaycan Ağsaqqallar Şurasının tarixi barədə məlumat verərək bildirib ki, təşkilatın əsas fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Ümummilli Liderimiz xalqımızın təkidli dəvəti ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin hər bir sahəsində, həmçinin Azərbaycan Ağsaqqallar Şurasında böyük canlanma yarandı. Xatirinizdədirsə, Ulu Öndər Heydər Əliyev Gəncə hadisələri zamanı Azərbaycanın ikinci ən böyük şəhərinə gedərkən o vaxt Respublika Ağsaqqallar Şurasının sədri olan akademik İmam Mustafayevi də özü ilə aparmışdı. Bu bir daha dahi liderin ağsaqqallara olan hörmətinin və etimadının göstəricisi idi” – deyə Əhliman Əmiraslanov bildirib. Natiq, həmçinin, vurğulayıb ki, Ümummilli Liderimizin qayğısı sayəsində daha aktiv və hərtərəfli fəaliyyət göstərən Azərbaycan Ağsaqqallar Şurası hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, orada həyata keçirilən böyük tikinti-quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışından ətraflı bəhs edən Əhliman Əmiraslanov cəmiyyətimizdəki bəzi problemlərə də toxunub. Boşanma hallarının ciddi şəkildə artmasından, cənub bölgələrimizdə daha çox rast gəlinən erkən nikahlardan, həmçinin bioloji qohumluğu olan şəxslər arasındakı evliliklər nəticəsində xəstə uşaqların dünyaya gəlməsindən və narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiq vurğulayıb ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışının sonunda Xətai Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib və bir həkim kimi ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-07-2024, 11:52

BŞİH-də müşavirə keçirilib, Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib

Siyasət

9-07-2024, 09:35

Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Cəmiyyət

24-05-2024, 14:22

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov

Cəmiyyət

10-05-2024, 20:33

Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda konfrans keçirilib

Cəmiyyət

6-05-2024, 21:48

“Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • Dün, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • Dün, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə