• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Abşeron-Xızı Regional Təhsil İdarəsində görüş

Cəmiyyət

1-04-2024, 18:04

İki il əvvələdək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda idi. Maliyyələşmə başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması imkan verdi ki, bu müəssisələr arasında təhsil fəaliyyəti vahid formata gətirilsin. Təhsildə idarəetmə və tənzimləmə funksiyaları bir-birindən ayrılsın.

Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir etmişdir.

Regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olmaqdadır. Bir yandan yerli ənənələr təhsilin məzmununda öz əksini tapır, digər tərəfdən də yerli problemlərin həlli və qərarların verilməsi yavaş-yavaş regional təhsil idarələrinin səlahiyyətinə ötürülür.

Abşeron-Xızı Təhsil İdarəsinə də inam artır, işinə müsbət rəy verilir. Daha sosial şəbəkələrdə Regional idarənin tabeçiliyində olan müəssisələrin vəzifəli şəxsləri barədə şikayətlərə rast gəlinmir. Bu, bir tərəfdən narazılıq törədən halların azalması ilə, digər tərəfdən isə nöqsan və çatışmazlıqların həlli ilə bağlı müraciətlərin məhz Regional İdarəyə ünvanlanması və həllini tapması ilə əlaqədardır. Regional İdarənin rəisi, “Tərəqqi” medallı təcrübəli pedaqoq İlhamə Abdullayeva regionun təhsilinin uğurla inkişaf etdirilməsi, kadr islahatlarının aparılması, məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, normativ hüquqi bazaya uyğun olaraq işə qəbul qaydaları, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələlər barədə vaxtaşırı olaraq ictimaiyyət məlumatlandırır. Regional idarə ictimai nəzarətin və ictimai iştirakçılığın tərəfdarıdır, qarşılıqlı əməkdaşlıqda maraqlıdır, hər zaman mediaya açıqdır.

Qeyd olunan müsbət tendensiyalar Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ilinin I yarımilinin sonu, II yarımildə qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarda vurğulanıb.

İclaslarda digər məsələlərlə yanaşı, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunmasının mövcud vəziyyəti məsələləri müzakirə edilib. Ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin təmin edilməsi İdarə rəhbərliyi tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərlərinə bildirilib.

Hər iki rayon üzrə keçirilən iclaslarda Respublika Fənn Olimpiadalarının rayon/şəhər turunun nəticələrinin təhlili ilə bağlı məsələlər müzakirə olunub. Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe olan təhsil müəssisələrinin nəticələri geniş şəkildə müzakirə olunaraq, növbəti mərhələdə uğurlu nəticələrin əldə olunması üçün ümumi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib.
***
Ümumiyyətlə, 2023/2024-cü tədris ilinin ötən dövrü Abşeron-Xızı Regional Təhsil İdarəsinin keçirdiyi bir sıra əhəmiyyətli tədbirlərlə yaddaqalan olmuşdur:

Abşeron - Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin psixoloqları ilə görüş keçirilib. Görüşdə AXRTİ-nin Tədrisin Keyfiyyəti Sektorunun məsləhətçisi və ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər. 12-19 Yanvar tarixində “Abituriyentlərin, valideynlərin imtahana psixoloji hazırlığı və imtahan həyəcanının idarə olunması ilə bağlı“ keçirilən tədqiqat xarakterli anonim sorğunun təhlili haqqında məlumat verilib. Məktəb psixoloqlarının fəaliyyət göstərdiyi təhsil müəssisələrində şagirdlərə lazımi psixoloji dəstək göstərilməsinin, imtahan qabağı valideyn və şagirdlərlə profilaktik iş aparılmağın, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolunun vacibliyi vurğulanmışdır. Görüşdə məktəb psixoloqlarını düşündürən mövzular barədə müzakirələr aparılıb.

Bildiyimiz kimi, 1– 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi elan edilib. Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq ölkənin bütün ümumi təhsil müəssisələrində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində şagirdlərin ADBTİA-na bir günlük eksursiyası təşkil edilib. Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
***
Martın 3-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib. Abşeron - Xızı üzrə 18 mərkəzdə təşkil olunan imtahanlarda 7228 nəfər şagird iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub. Bununla yanaşı, fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunub. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll ediblər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıq tipli tapşırıqlardan ibarət olacaq.
Eyni zamanda V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılıb və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunub. Hər üç mərhələ qapalı suallar formatında təşkil olunacaq.
Olimpiada və müsabiqədə iştirak etmiş şagirdlərimizə uğurlar arzulayırıq!
***
Fərəh hissi ilə qeyd etməliyik ki, Sumqayıt məktəbliləri “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibi olublar. Martın 4-də "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" Respublika müsabiqəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 3 nəfər şagird qalib olub. Sözügedən müsabiqənin finalında Abşeron-Xızı RTİ üzrə 8 nəfər şagird iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasından ibarətdir.
Sonda müsabiqənin qalibləri - Sumqayıt şəhər V.İbrahim adına 35 saylı tam orta məktəbin şagirdi Elçin Mohbalıyev, 5 saylı tam orta məktəbin şagirdi Banu Mahmudzadə və 11 saylı tam orta məktəbin şagirdi Emin Şamsudinov mükafatlandırılıblar. “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsində iştirak edən və qalib olan bütün şagirdləri təbrik edir və hər birinə uğurlar arzulayırıq!
***
Abşeron-Xızı Regional Təhsil İdarəsi "Direktor müavinlərimizi daha yaxşı tanıyaq" adlı yeni layihəyə başlayır. Bununla əlaqədar Sumqayıt şəhərində və Abşeron rayonunda İdarənin müdir müavini və sektor müdirləri direktor müavinləri ilə birgə layihə ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Bütün regionu əhatə edəcək layihənin məqsədi direktor müavinlərinin potensialını müəyyən etmək, onların təlim ehtiyaclarını müəyyən etmək, karyera planlaşdırmasına dəstək olmaq, daha peşəkar direktor müavinləri ilə yeni təyin edilmiş direktor müavinləri arasında əməkdaşlıq yaratmaqdır.
Görüş zamanı layihə ilə bağlı geniş məlumat verilmiş, direktor müavinlərinin təklif və rəyləri dinlənilmişdir. Layihənin növbəti mərhələləri barədə məlumat ictimaiyyətə təqdim olunacaqdır.
***
Daxili keyfiyyət təminatı sistemi ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən pilot məktəblərdə metodiki fəaliyyətin icrasına başlanılıb. Daxili keyfiyyət təminatı sistemi ilə əlaqədar növbəti görüş koordinator seçilmiş Mehdiabad qəsəbə 4 nömrəli məktəbdə keçirilib.
Abşeron –Xızı Regional Təhsil İdarəsi üzrə pilot layihənin tətbiq olunacağı 10 məktəb rəhbərinin iştirak etdiyi tədbirdə AXRTİ-nin sektor müdiri Rahim Novruzov səmərəli məktəb mühiti, effektiv idarəçilik barədə fikirlərini bölüşüb.
Müasir təhsildə yeni çağırışlar barədə iştirakçıların suallarını cavablandırdı. Məktəbdaxili nəzarət və özünüqiymətləndirmə sahəsinə dair təqdimat nümayiş etdirilib. Koordinator məktəbin dərs prosesi izlənilib, müvafiq istiqamətlər üzrə fəaliyyətini əks etdirən sənədlər rol-model olaraq təqdim edilib.
***
Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkil etdiyi Kiçik Akademiya adlı layihəyə üzv olan təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə Tədrisin Keyfiyyət sektorunun müdiri Rahim Novruzov, İdarə əməkdaşları və məktəb direktorları iştirak edib. Kiçik Akademiyanın fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayan Rahim Novruzov bildirib ki, akademiya şagirdləri elmi-tədqiqat işinə yönəldir və təhsilin layihə istiqamətində fəaliyyətinə şərait yaradır.
Görüşün sonunda layihə iştirakçılarının sualları cavablandırılıb
***
Abşeron-Xızı Regional Təhsil İdarəsinin sektor müdiri Rahim Novruzov "Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində təhsil müəssisələrində metodik xidmət göstərən metodistlərlə görüşüb, görülən işlərlə bağlı müzakirələr aparılıb və qarşıda duran əsas prioritet istiqamətlərdən danışılıb.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihədə AXRTİ üzrə 8 müəllim metodist kimi fəaliyyət göstərəcəkdir.

Elnurə İsgəndərova,
Abşeron Xızı Regional Təhsil idarə, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-03-2024, 20:21

Baharınız mübarək!

Cəmiyyət

7-03-2024, 14:55

Bu gün Abşeron təhsili məşəl kimi işıq saçır

Dünya

28-02-2024, 21:18

Fransanın Kann şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransının (GEC) açılış mərasimi olub

Gündəm / Cəmiyyət

23-02-2024, 12:22

BŞTİ-nin yeni müdiri kimdir?

Cəmiyyət

22-02-2024, 17:57

Martın 3-də buraxılış imtahanı keçiriləcək

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
Son xəbərlər
  • Bugün, 15:48
    LALƏ RUSTƏMOVA PENiTENSİAR XİDMƏTİN RƏHBƏRLİYİNDƏN QƏBUL EDİLMƏSİNİ XAHİS ETDİ.
  • Dün, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • Dün, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
  • 11-11-2025, 13:36
    Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
  • 11-11-2025, 13:21
    Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
  • 11-11-2025, 13:18
    Çempionlar Vətənə geri dönür!
  • 11-11-2025, 13:11
    “Ərdoğan çox güclü ordusu olan böyük liderdir” – Tramp
  • 10-11-2025, 22:45
    Xəzər dənizində xilasetmə işləri həyata keçirilmişdir
  • 10-11-2025, 19:56
    “İqtisadi cəhətdən heç bir ölkədən asılı deyilik”
  • 10-11-2025, 16:55
    Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi – Foto
  • 10-11-2025, 16:27
    "Bugünkü nəsil Atatürkün vəsiyyətlərinə sadiqdir" - Ərdoğan
  • 10-11-2025, 12:37
    ABŞ bir gündə 2 mindən çox uçuşu ləğv etdi
  • 10-11-2025, 12:20
    2025-ci il üzrə ən çox tələb olunan peşələr
  • 10-11-2025, 11:42
    Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
  • 10-11-2025, 11:37
    Zelenski: Trampdan Qərb liderləri kimi qorxmuram
  • 10-11-2025, 11:33
    Gələn ildən bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən
  • 10-11-2025, 11:27
    Qızılın qiyməti ilk dəfə 4050 dolları keçdi
  • 10-11-2025, 11:10
    İslamiada: Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar
  • 8-11-2025, 22:02
    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
  • 8-11-2025, 12:12
    Azərbaycan Zəfər Gününü qeyd edir
  • 8-11-2025, 12:01
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı videoçarx paylaşıb
  • 7-11-2025, 17:50
    Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 7-11-2025, 17:35
    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib
  • 6-11-2025, 18:38
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 4-11-2025, 21:25
    Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib
  • 4-11-2025, 21:24
    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
  • 4-11-2025, 21:22
    Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
  • 4-11-2025, 21:21
    Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
  • 4-11-2025, 21:19
    İbrahim Tatlısesin MİRAS QƏRARI - övladları qəzəbləndi
  • 4-11-2025, 21:17
    Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə