• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hippokrat və Vətənə sədaqət andına sadiq həkim - Anda sadiqlik vətənpərvərlik nümunəsidir

Cəmiyyət

17-04-2024, 13:45

Həyatda insan üçün ən böyük sərvət sağlamlıqdır. Bu əvəzolmaz sərvətin keşiyində dayananlar isə tibb işçiləri, həkimlərdir. İbn Sina demişdir ki, həkim şahin baxışına, ilan müdrikliyinə, aslan ürəyinə malik olmalıdır. Günümüzün qəhrəmanlarından biri də bu deyimi təsdiqləyən, nəcib həkimlik peşəsinə qəlbən bağlı olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim, cərrah İmran Qurbanovdur. O, 1-ci Qarabağ müharibəsindən Zəfər gününə və ən nəhayət antiterror əməliyyatlarına qədər andına sadiq qalaraq həm ön, həm də arxa cəbhədə misilsiz dəyanət, cəsarət nümayiş etdirmişdir. Həyatının mənasını Vətənə, xalqa xidmətdə görən İmran Qurbanovun şərəfli həyat yoluna və fəaliyyətinə qısaca nəzər yetirək:
İmran Qurbanov 1964-cü il aprel ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuş, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültə olmadığından imtina edərək həqiqi hərbi xidmətə getmişdir. O, 1985-1991-ci illərdə Azərbaycan Tibb İnstitutunun "Müalicə profilaktika" fakültəsini fərqlənmə diplomu ilə bitirərək Respublika Kliniki Xəstəxanasında internaturaya başlamışdır. Peşəkar həkim, bacarıqlı cərrah İmran Qurbanov 1992-ci ildə vətənimizin çox çətin və ağır dönəmində hər iki andına-Hipokrat və hərbi andına sadiq qalaraq cəbhə bölgəsində xidmətə başlamışdır. O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru təyin edilməklə Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. İ.Qurbanov 1992-ci ildə SSRİ ordusunun Salyan kazarmasında yerləşən tibb batalyonunu akta qəbul edərək qısa müddətdə heç bir sturkturu olmayan tibb bölüyünü formalaşdırmağa başlamışdır. Ağdərə işğaldan azad olunduqdan sonra isə Laçın istiqamətinə dislokasiya olunaraq ( İ.Qurbanovun təşkilatçılığı ilə) Laçın rayonunun Taxta zavod (Hacısamlı) kəndində “Ön Səhra hospitalı” kimi fəaliyyət göstərən tibb bölüyü tam formalaşdırılmışdır. Qeyd edək ki, Laçın rayonunun 44 kəndinin, Hocaz yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə yaralanan bütün şəxsi heyətə tibb xidmət həmin hospitalda göstərilmişdir. Kəlbəcərin işğal olunmasına qədər Laçın rayonunda yerləşən hospital Kəlbəcər istiqamətinə dislokasiya olunmuşdur. Kəlbəcər rayonunun tam işğalından sonra aprel ayının 3-dən hospital Toğana kəndində yerləşdirilmişdir. Kəlbəcər rayonunun 16 kəndinin geri alınması uğurunda gedən döyüşlərdə yaralanan şəxsi heyətə də peşəkar həkim, cərrah İmran Qurbanovun rəhbərlik etdiyi hospitalda ixtisaslaşdırılmış tibbi yardım göstərilmişdir. Kəlbəcərdən- Murovdağdan keçməklə yaralıların 3 mərhələli təxliyyəsinin təşkili, ixtisaslaşdırılmış tibbi yardımın düzgün və vaxtında yerinə yetirilməsi hesabına hospitalda ölüm faizi cəmi 7% olmuşdur. Bütün bunlara görə İ.Qurbanov dəfələrlə komandanlığın fəxri fərmanları ilə təltif olunmuşdur. 1994-cü ilin may ayında növbədənkənar tibb xidməti kapitanı hərbi rütbəsi verilərək İmran həkim Müdafiə Nazirliyinin Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Vətənpərvər, bacarqlı həkim 1997-ci ilin oktyabr ayından ehtiyata buraxılaraq tərxis olunmuşdur.
O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərmişdir. 2023-ci ildən hazırkı təyinatınadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışmışdır. İ.Qurbanov Amerika Birləşmiş Ştatlarında, Türkiyədəvə s. ölkələrdə keçirilən ixtisasartırma kurslarında və bir çox konfranslarda iştirak edərək diplom və sertifikatlar almışdır.
Məlum olduğu kimi 2020-ci il sentyabrın 27-də Ermənistanın irimiqyaslı hərbi əməliyyatlarına cavab olaraq işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Vətən müharibəsi başladı. Həmin günlərdə Naftalan sanatoriyasında müalicə alan İmran Qurbanov tərxis olunmasına baxmayaraq dərhal Naftalan şəhər xəstəxanasına keçərək tibbi xidməti təşkil etməyə başladı və Vətən müharibəsinin birinci günündən etibarən Naftalan Şəhər Xəstəxanasını hospitala çevirərək yüzlərlə yaralının həyatını xilas etdi. Həmin dövrdə hospitala gətirilən yaralılar arasında ölüm faizi 1.5% olmuşdur ki, bu da çox yüksək göstəricidir. Vətənpərvər həkim İ.Qurbanov Talışda və Suqovuşanda da tibb məntəqələri yaratmaqla yaralıların etaplı təxliyyəsini təşkil etmişdir.
19 sentyabr 2023-cü ildə başlayan, Qarabağdakı separatçı hakimiyyətin təslim olması ilə nəticələnən Antiterror əməliyyatında da İmran Qurbanov əvvəlcədən hazırladığı təxliyyə planına uyğun olaraq yaralıların təxliyyəsini və müalicəsinin təşkilinə birbaşa ön xətdə rəhbərlik etmişdir.
İstər mülki həyatda, istərsə də hərbidə insanların sağlamlığının keşiyində dayanmaqdan böyük qürur duyan, öz peşəsinə qəlbən bağlı olan İmran Qurbanovun əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. Peşəkar həkim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan ordusu” yubiley medalı, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən “Milli ordu-100”, “Müharibə Veteranı”, “Böyük Zəfər” medalları, Respublika Həmkarları İttifaqı tərəfindən isə “Fəxri Fərman” ilə təltif edilmişdir.
Bütün dövrlərdə bacarığı, istedadı, vətənpərvərliyi ilə fərqlənən peşəkar insanlar daima cəmiyyətin ön sıralarında addımlayaraq nümunə olublar. Onların keçdiyi şərəfli həyat yolu haqqında gənc nəsli məlumatlandıraraq tanıtmaq isə ən vacib məsələlərdən biridir. Çünki zəngin və keşməkeşli həyat yolu keçmiş bu insanlar yetişməkdə olan gənc nəslin həyat yoluna işıq tutaraq onları düzgün istiqamətləndirməkdə vasitəçidirlər. Bu gün 60 illik yubileyi tamam olan Qarabağ müharibəsi qazisi, tibb xidməti kapitanı, vətəninə, torpağına ürəkdən bağlı olan hərbi həkim İmran Qurbanov da məhz belə şəxslərdəndir.
İnsanların sağlamlığının keşiyində ayıq-sayıq dayanan, lazım gəldikdə həyatını təhlükə altına atmaqdan belə çəkinməyərək öz bilik bacarığını sərf edən hörmətli həkim, cərrah İmran Qurbanovu doğum günü, 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və fəaliyyətində uğurlar diləyirik!

Fidan Maxsudova,
“Müasir Qadın və Cəmiyyət” İB və “İnnovasiya Mərkəzi”nin sədri
“Debat” qəzetinin baş redaktoru

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-04-2024, 11:33

Müdafiə Nazirliyindən bildirilib

Cəmiyyət

19-03-2024, 12:39

Azərbaycan Respublikasının müdafiə nazirinin Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki

Gündəm / Siyasət

18-03-2024, 22:20

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Cəmiyyət

23-02-2024, 14:15

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cəmiyyət

23-02-2024, 13:15

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
  • 11-11-2025, 13:36
    Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
  • 11-11-2025, 13:21
    Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
  • 11-11-2025, 13:18
    Çempionlar Vətənə geri dönür!
  • 11-11-2025, 13:11
    “Ərdoğan çox güclü ordusu olan böyük liderdir” – Tramp
  • 10-11-2025, 22:45
    Xəzər dənizində xilasetmə işləri həyata keçirilmişdir
  • 10-11-2025, 19:56
    “İqtisadi cəhətdən heç bir ölkədən asılı deyilik”
  • 10-11-2025, 16:55
    Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi – Foto
  • 10-11-2025, 16:27
    "Bugünkü nəsil Atatürkün vəsiyyətlərinə sadiqdir" - Ərdoğan
  • 10-11-2025, 12:37
    ABŞ bir gündə 2 mindən çox uçuşu ləğv etdi
  • 10-11-2025, 12:20
    2025-ci il üzrə ən çox tələb olunan peşələr
  • 10-11-2025, 11:42
    Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə