• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zəngin tariximizin qızıl səifələrində Gədəbəy rayonu

Cəmiyyət

24-05-2024, 13:07

Respublikamızın səfalı diyarlarından biri olan Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Rayonumuz yerləşdiyi coğrafi mövqeyi kimi öz tarixi və mədəni irisi ilə tariximizdə silinməz izlər buraxmışdır. Tarixinə nəzər saldıqda Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri kimi Gədəbəy rayonu qarşımıza çıxır. Bu da o deməkdir ki, rayon öz füsünkar iqlimi, səfalı təbiəti, buz bulaqları və o cümlədən, insan həyatı üçün əlverişli olan bütün resursları özündə cəm etməsi ilə ilk insan topluluqlarının belə diqqətini cəlb etməyi bacarmışdır. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. Gədəbəy toponiminin mənşəyinə edikdə isə "Gədə" və "bəy" sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə "kət" sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Mxitar Qoş "Albaniya xronikası" əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını "Getabey" kimi işlədib. Ehtimal edirlər ki, "Gettabey" sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcə böyük, qüdrətli adam mənasında işlədilib. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və "gözətçi təpəsi" deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oyko-niminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi təpəsi mənasını daşıyır.


Qız qalası, Gədəbəy. Azərbaycan

Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Qız qalası yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Bu qala elmi ədəbiyyata Namərd qala adı ilə daxil olsa da yerli əhali qalanı daha çox Qız qalası adlandırır. İndiki halda Qız qalasının nə vaxt və hansı tarixi zərurət üzündən tikilməs məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII yüzil – Eldənizlər dövrünün əsəri sayırlar. Qalanın yerləşdiyi Söyüdlü kəndi sıx meşəli dağlar arasındadır. Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir. Qalanın bucaqlarında dairəvi biçmli möhtəşəm bürclər yüksəlir. Onun əzəmətli surətinin aparıcı elementləri bu bürclərdir. Qala sərt dağ relyefinə uyğun olaraq içəridə iki səviyyəlidir. Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir. Qalanın bucaqlarında dairəvi biçmli möhtəşəm bürclər yüksəlir.

Çarekvəng Monastrı, Gədəbəy. Azərbaycan.

Abidənin Mahrasa məbədi olması ilə bağlı iddialar Abidənin adına əsaslanaraq demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınmışdır. Hətta IV əsrin əvvəllərində Qafqaz Albaniyasında xristianlığın yayılmasına baxmayaraq Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərmişdir. "Mahrasa" sözünün elmi təhlili də bu fikri təsdiq edir. Belə ki, sözün kökü olan "mah" həm farsca, həm də türkcə "ay" deməkdir. "Rəsad" isə göy cisimləri müşahidə olunan yerə deyilir. Bu abidələrdə də aya sitayiş izləri, divar təsvirləri qeydə alınmışdır. I əsrdə yaşamış yunan coğrafiyaşünası Strabon Albaniyanın dağlıq hissələrində möhtəşəm ay məbədlərinin tikilməsi haqqında geniş məlumat vermişdir. Strabonun verdiyi məlumata görə Ay məbədlərinin içərisi Ay İlahəsinə həsr olunmuş barlyeflərlə, divar rəsmləri ilə bəzədilmişdir. Həmin məbədlərin müxtəlif yerlərində Ayın, Günəşin təsvirləri həkk olunmuşdur. Bu məbədlərin böyük torpaq sahələri olmuşdur. Ay məbədlərinə kahinlər rəhbərlik etmişlər. Ay məbədləri Albaniyada xristianlığın yayıldığı zamana qədər fəaliyyət göstərmişdir. Tarixi məlumatlara görə İran şahı II Xosrovun yaxın qohumu Mehran 30 min ailə ilə birlikdə buraya gəlmiş, məbəddə yaşayan 12 nəfər kahini öldürmüş və məbədə sahib olmuşdur. Mehranilər xristianlığı qəbul etdikləri üçün bura sonradan rekonstruksiya olunaraq xristian kilsəsinə çevrilmişdir. Xristian kilsələrinin tikintisində yunan əsirlərindən də istifadə olunmuşdur.

Koroğlu qalası, Gədəbəy. Azərbaycan.

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri araslnda sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasının yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür. Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-05-2024, 11:06

Bu rayonlara leysan yağdı

Hadisə

14-03-2024, 11:34

Şəmkirdə istixana kompleksində yanğın: 5 ton mazut yanıb

Cəmiyyət

26-02-2024, 09:51

Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın şaxta olub - FAKTİKİ HAVA

Maraqlı

22-02-2024, 18:04

Baltik dənizinin dərinliklərində sirli meqastruktur aşkarlanıb

Cəmiyyət

22-02-2024, 17:57

Martın 3-də buraxılış imtahanı keçiriləcək

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə