ƏN-nin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Babayev İlkin Əbülfəz oğlu tərəfindən
ŞİKAYƏT
Hörmətli cənab Prezident!
Artıq 3 ildir törətmədiyim cinayət faktlarına görə qeyri-qanuni olaraq baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən həbs olunmuşam.Cinayətləri əslən törədən həmən idarənin prokuroru Şəmşirov Nicat Rəşid oğlunun qardaşı Şəmşirov Nahid Rəşid oğlu ilə bağlı ilk gündən kifayət qədər sübut və dəlillərin olmağına, şikayətlərin də birbaşa Şəmşirov Nahid Rəşid oğlunun qardaşı, prokuror Nicat Şəmşirovun himayəsi və xidməti vəzifəsindən və nüfuzundan sui istifadə edərək, vətəndaşların etibarından istifadə edərək onlardan küllü miqdarda pulları rüşvət qismində mənimsəməsinə baxmayaraq, Şəmşirov Nahid prokuror qardaşının himayəsi ilə 3 ay bu işdən kənar tutulmuş, sonradan isə istintaqdan qaçırdılaraq ölkə hüdudlarını tərk etmişdir.
Cinayət faktlarına əsasən 3 aydan sonra bu işə cəlb edilərək prokuror qardaşı Nicat Şəmşirovun, və yaxın qohumu Penitensiar Xidmətin rəisinin köməkçisi, əvvəllər Azərbaycan Dəmiryolları QSC-in məsul şəxsi işləmiş Rauf Aydın oğlu Qasımovun himayəsi ilə Nahid Şəmşirov 2 il ABŞ da gizlədilmişdir.
Azərbaycan Respublikası DİN-nin,İnterpolun səyi nəticəsində Beynəlxalq axtarışda olan Nahid Şəmşirov saxlanılaraq 16.07.2025-ci il tarixdə ölkəyə gətirilərək istintaqa təhvil verilmişdir. Yenə qeyd olunan yaxınlarının köməyi və himayəsi ilə az müddətdə "ev dustaqlığı"na buraxılmış, mən isə cinayətləri törətmədiyim halda Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Roman Ələkbərlinin qərəzli və sifarişli hökmü ilə 9 il azadlıqdan məhrum edilmişəm.
Prosseslər zamanı hakim Roman Ələkbərli prokurorluğun, dəqiq desək prokuror Nicat Şəmşirovun tapşırıqları ilə dəfələrlə hüquqlarımı tələb etdiyim zaman, sərbəst ifadə vəsadətləri verərkən sözümü kəsərək məni əsassız yerə zaldan çıxartmışdır.
Bakı İstintaq təcridxanasında saxlandığı dövrdə isə həm prokuror Nicat Şəmşirov, həm də penitensiar xidmətin rəisinin köməkçisi Rauf Qasımovun tapşırıqları ilə 3 il ərzində dəfələrlə yaxın qohumu olan təcridxananın rəis müavini Ceyhun Hacıyev mənə məlumatım olmadan intizam tənbehləri vermiş, onun tapşırığı ilə digər müavini Cavid Güləliyev və rejim rəisinin müavini Arif Heydərov dəfələrlə mənə əsassız yerə cərimə təcridxanasında saxlatdırmış, mənə fiziki zor, qeyri-insani rəftar göstərmişlər. Dəfələrlə onların bu hərəkətləri və qanunsuz həbsə etiraz olaraq "həbs yerlərində saxlanılan şəxslərin hüquq azadlıqlarının təmini" ilə bağlı 22 may 2012-ci il tarixli Azərbaycan respublikasının Qanununun 42-ci maddəsinin tələblərinə əsasən yeməkdən imtina edib aclıq etmişəm. Dəfələrlə özümü öldürmək həddinə çatmışam. Mənim və digər saxlanılan şəxslərin sağ qalmalarının yeganə səbəbi olan şəxs təcridxananın rəisi Elnur İsmayılovdur. Onun saxlanılan şəxslərə göstərdiyi diqqət və qayğı danılmazdır. Onun apardığı profilaktik söhbətlər nəticəsində neçə-neçə qanunsuz yerə həbs olunan, hüquqları pozulub həyatına son qoymaq istəyən şəxslər həyatda qalmışdır.
Qeyd etmək istəyirəm ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Roman Ələkbərlinin qərəzli hökmü ilə mənə cinayət məcəlləsinin həm 178.3.2, həm də faktiki iştirakçısı belə olmadığım bitmiş cinayət faktına əsasən 29.178.3.2 maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bununla da Ali məhkəmənin plenumunun "dələduzluq cinayətlərinə dair" işlər üzrə məhkəmə təcrübəsi haqında 11 iyun 2015-ci il tarixli qanunun 33-cü maddəsinin tələbləri açıq aydın şəkildə pozulmuşdur.
5 cinayət faktına əsasən iştirakçılığım belə olmadığım halda mən ittiham olunaraq məhkum edilmişəm. Hakim Roman Ələkbərlinin cinayət işi üzrə heç bir fakt sübut, dəlillərə məhəl qoymadan, Azərbaycan Respublikasının Ali məhkəməsi, Konstitusiya məhkəmələrinin plenum qərarları, Azərbaycan respunlikasının qanunları, Konstitusiyanın müddəalarını kobud şəkildə pozaraq heç bir məhkəmə istintaqı aparmadan, ittiham aktını olduğu kimi hökmə köçürmüşdür.
Eyni oxşar hal ilə Bakı apelyasiya məhkəməsində də qarşılaşdım. Belə ki, 19 yanvar 2026-cı nil tarixdə keçirilən son məhkəmə iclasında yenə də Ali məhkəmənin plenum qərarları icra edilməyərək, iş üzrə mənim cinayətləri özüm törətməyərək, ziyanları tam şəkildə öz şəxsi vəsaitim hesabına notarial qaydada ödəməyimi, cinayətin ictimai təhlükəsizliyinin tam şəkildə aradan qalxdığı halda, himayəmdə 3 azyaşlı övladımın olduğunu, səhhətimdə olan ciddi problemlərin olması nəzərə alınmadan hökmə qismən dəyişiklik edilərək 9 il həbs cəzası 7 il ilə əvəzləndi.
Bildirmək istəyirəm ki, cinayəti əslən törədən, bu işdə bilavasitə iştirakçı olan Muradov Eldar "ev dustaqlığından" şərti cəza ilə azadlıqdadır.
Bu cinayətləri əslən törədən, vətəndaşlardan alınan bütün məbləğlərə sahiblənən, 2 ildən çox ABŞ-da gizlənən, İnterpol vasitəsi ilə ölkəyə gətirilən hal hazırda Bakı Ağır Cinayətlər məhkəməsində barəsində cinayət işi üzrə məhkəməsi keçirilən Şəmşirov Nahid Rəşid oğlu isə "ev dustaqlığı"nda olarkən, mən azadlıqdan məhrumetmə cəzasındayam.
Cənab Prezident!
Sizdən ölkə rəhbəri kimi xahiş edirəm ki bu məmur özbaşınalığına son qoyaraq, ölkədə qohumlarının və özlərinin korrupsiya cinayətlərinə himayədarlıq edənlərin məsuliyyətə cəlb olunması, Nahid Rəşid oğlu Şəmşirov bə mənim barəmdə məhkəmə proseslərinin keçirilməsini nəzarətə götürülməsi üçün müvafiq orqan və əməkdaşlara göstəriş verəsiniz.