Peru Nazirlər Şurasının sədri Alberto Otarola Baş Prokurorluğun ona qarşı qohumbazlıqda şübhəli bilinərək ilkin istintaqa başlamasından sonra istefa verib.
Bu barədə A.Otarola mətbuat konfransı zamanı deyib.
"Bu gün respublika Prezidenti ilə söhbət zamanı mən ona Nazirlər Şurasının sədri vəzifəsindən istefa vermək qərarım barədə məlumat verdim", - deyə o bildirib.
Onun sözlərinə görə, o, bu qərarı ona görə verib ki, dövlət başçısı Dina Boluarte hökumətdə kadr dəyişikliyi aparsın. A.Otarola yenə də özünün təqsirli olmadığını bildirib. "İşə qəbulla bağlı heç bir qanun pozuntusu, sövdələşmə və ya tərəfkeşlik olmayıb", - deyə o əlavə edib.