İtaliyanın paytaxtı Romada şiddətli leysan yağış və fırtına fəsadlara səbəb olub.
Güclü külək ağacları və reklam lövhələrini avtomobillərin üzərinə aşırıb. Bəzi küçələri, iş yerlərini, tunelləri və yeraltı piyada keçidlərini su basıb. Əlverişsiz hava şəraiti problemlər yaradıb, infrastruktura ziyan vurub.