ABŞ Prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir.
Bu barədə o, Mayamidə keçirilən investisiya forumunda bildirib.
“Əgər bu baş verərsə, dünya məhv olacaq”, - deyə ABŞ lideri nüvə silahının mümkün istifadəsi barədə danışarkən deyib.
Tramp vurğulayıb ki, ABŞ başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilməz.