2023-cü ildə edamların sayı 1153-ə çatıb ki, bu da son səkkiz ilin ən yüksək göstəricisidir.
Bu barədə Amnesty İnternational hüquq müdafiə təşkilatının dünyada ölüm hökmünün tətbiqinə dair dərc olunmuş illik hesabatında deyilir.
Məlumata görə, 2023-cü ildə 2022-ci illə müqayisədə 30 faiz çox edam icra edilib.