Xeberglobaltv.az xəbər verirki Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə qayıdır.
İdmançılarımızın sevincini paylaşmaq üçün onları hava limanında qarşılayacağıq! Gəlin, birlikdə bu anı paylaşaq və onların uğurunu birlikdə qeyd edək.
Cüdoçularımız 11 noyabr saat 11:30-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
İdman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər çempion idmançılarımızı qarşılamaq üçün gələ bilərlər.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 9 medal qazanıblar, qarışıq komanda yarışlarında isə çempion olublar.
Cüdoçularımızı təbrik edirik!