Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sentyabrda dörd ölkəni ziyarət etmək üçün Asiya və Okeaniya arasında ən uzun apostol səfərinə gedəcək.
Müqəddəs Taxt-Tacın Mətbuat İdarəsi pontifikin səfərinin təfərrüatlarına dair proqramı açıqlayıb.
Məlumata görə, Papa Fransisk 2-13 sentyabr tarixlərində İndoneziya, Sinqapura, Papua Yeni Qvineya və Timor-Lesteyə səfər etməklə ümumilikdə 33 min kilometr məsafə qət edəcək.
Roma Papasının səfər çərçivəsində on iki gün ərzində ziyarət edəcəyi ölkələrdə onlarla çıxışı və görüşləri nəzərdə tutulur.
Bildirilib ki, Papa Fransisk indiyədək heç vaxt bu qədər uzun müddətdə Vatikandan kənarda olmayıb.