Milli Məclisin üzvü Könül Nurullayeva mayın 28-də MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 22-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Deputat Könül Nurullayevanın tədbirdə “Gənc sahibkarların dəstəklənməsi və inkişafı haqqında: MDB dövlətlərinin təcrübəsi” mövzusunda çıxışı nəzərdə tutulur.
Səfər mayın 31-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi