MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Gündəm / Cəmiyyət
4-08-2024, 12:41
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb. Sərgidə MMU-da mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, bukletlər paylanılıb. MMU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.