Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib.
Nazir bununla bağlı "Facebook" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, o, Bakıda keçiriləcək Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edəcək.
Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.