Dünən polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 çətənə kolu aşkarlanaraq götürülüb.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.