Bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynli idarə etdiyi KİA markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
G.Hüseynli təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.