“Neftçi” klubu ötən mövsüm komandada çıxış edən basketbolçu Deancelo Stüart ilə anlaşıb.
Bu barədə “ağ-qaralar”ın baş məşqçisi Anar Sarıyev məlumat verib. Onun sözlərinə görə, amerikalı oyunçu qarşıdakı mövsümdə də paytaxt təmsilçisinin formasını geyinəcək.
Deancelo Stüart ötən mövsümün yanvarından “Neftçi”də çıxış edir.
Qeyd edək ki, “Neftçi” ötən mövsüm Azərbaycan Kubokunun qalibi olub.