Mayın 26-da İspaniya Sequndasının La Liqaya çıxışına zəmanət verən ilk klubu məlum olub.
Bu, əfsanəvi braziliyalı futbolçu Ronaldonun sahibi olduğu “Valyadolid” olub.
41-ci turda “Valyadolid” “Vilyarreal B”ni məğlub edərək (3:2) turnir cədvəlində birinci yeri tutub, üçüncü pillədə qərarlaşan “Eybar” isə “Sportinq”ə uduzaraq (0:1) Ronaldonun klubunu keçmək şansını itirib.
Beləliklə, “Valyadolid” Sequndaya düşdükdən bir il sonra La Liqaya qayıdıb.