• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: “Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir”

Siyasət

12-07-2024, 12:04

“Məlumdur ki, dövlətimizin müstəqilliyinin ilk illəri son dərəcə ağır keçib. Demək olar ki, bütün sahələr böhran içində idi, iqtisadi, siyasi tənəzzül getdikcə dərinləşirdi. Bir tərəfdən də işğalçı ölkənin ərazilərimizi hərbi yolla zəbt etməsi, insanlarımızın məcburi köçkün halına düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Bundan başqa, ölkəmizin həm daxili, həm də xarici siyasətində çaşqınlıq hökm sürürdü, vahid dövlət siyasəti formalaşmamış, ortada konkret mövqe də yox idi. Təbii ki, bütün bu qeyd olunanlar xarici ölkələrlə münasibətlərin qurulmasına, ümumiyyətlə, ölkəmizin mövcud beynəlxalq sistemə daxil olmasına ciddi maneələr yaradırdı. Belə bir durumda bizə yaxın gələn, ürəkdən dəstək verən, Türkiyədən sonra dövlətimizin müstəqilliyini ikinci tanıyan, ilk diplomatik münasibətlər quran qardaş Pakistan olub. Dost ölkə bu əlaqələrə hər zaman xüsusi önəm verib və daim gündəmdə saxlayıb. Odur ki, Azərbaycan-Pakistan əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə çatıb”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrda beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan AHİK sədri bildirib ki, məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu: “1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ümummilli Lider Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Təşkil olunan qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahələr üzrə əməkdaşlığın genişlənməsinə səbəb olub”.
Səttar Möhbalıyev keçmiş Qarabağ münaqişəsi ilə bağlı qardaş ölkənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi xüsusilə vurğulayıb: “Ümumiyyətlə, münaqişə dövründə Azərbaycanın xarici siyasətinin əsas tərəfini Ermənistanın işğal siyasətini dünyaya çatdırmaq və bu münaqişənin həllinə nail olmaq təşkil edib. Həmin dönəmlərdə Pakistan bizim haqq işimizə səmimi-qəlbdən dəstək verib, qəti və birmənalı mövqe sərgiləyərək qlobal aləmdə ölkəmizin ərazi bütövlüyünü davamlı şəkildə müdafiə edib, Azərbaycan dövləti və xalqı ilə həmrəy olub. Həmçinin bu səbəbdən Ermənistanla diplomatik münasibətlər qurmayıb, hətta onun müstəqilliyini, bir dövlət kimi varlığını belə tanımayıb. Yeri gəlmişkən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin qəbul olunmasında rəsmi İslamabadın xüsusi xidmətləri danılmazdır. Bütün bunlar, sözsüz ki, haqq və ədalətə söykənən bir siyasətdir, səmimi və təmənnasız dostluğun təzahürüdür”.
“Eyni zamanda dünyaya səs salan, bənzərsiz Qələbə ilə tariximizdə yeni səhifə açan, təcavüzkar ordunun məhvi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi vaxtı dost ölkə möhtəşəm dəstəyini ifadə edərək rəsmən Azərbaycanın yanında olduğunu bildirdi. Hər gün Pakistanın kütləvi informasiya vasitələri yenilənən xəbərlərlə müharibə ilə bağlı məlumatlar verir, reallığı, əsl həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırırdılar. Qələbə xəbərlərinə isə qardaş xalqın nümayəndələri bizim qədər sevinir, sosial şəbəkələr vasitəsi ilə hisslərini bölüşürdülər. Buna minnətdarlıq rəmzi olaraq ölkəmizin hər yerində Pakistanın bayrağı bizim bayraqla birgə qaldırılırdı. Nəzərinizə çatdırım ki, Cəmmu və Kəşmir məsələsində də Azərbaycanın mövqeyi dəyişməzdir. Belə ki, dövlətimiz problemin beynəlxalq hüquq çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyir”, - deyə, o vurğulayıb.
AHİK sədri Səttar Möhbalıyev Azərbaycan və Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərindən də bəhs edib: “Ölkəmizdə və dünyada bir sıra nəcib missiyaların, humanitar layihələrin müəllifi olan Heydər Əliyev Fondu Pakistanda da sosialyönümlü humanitar işlər görüb. Fondun dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar həyata keçirilib, dəfələrlə xeyriyyə tədbirləri təşkil olunub. Bilavasitə Mehriban xanım Əliyevanın dəstəyi ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. Təbii ki, qeyd etdiklərim Fond tərəfindən qardaş ölkədə görülən işlərin sadəcə bir qismidir. Bu möhtəşəm xidmətlərinə görə, Mehriban xanım dəfələrlə Pakistanın ali mükafatları ilə təltif olunub”.
“Prezident İlham Əliyevin qardaş ölkəyə budəfəki - iyulun 11-də gerçəkləşən səfəri mövcud münasibətlərimizin gələcək inkişafı baxımından böyük önəm kəsb edir. Öncə onu deyim ki, dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında dost ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Azərbaycan Prezidentinə olan xüsusi hörmətin və dərin ehtiramın əlamətidir. Səfər çərçivəsində keçirilən məhdud və geniş tərkibdə görüşlər, aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi təsir edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatla çıxışı zamanı ölkəmiz barədə, Prezident İlham Əliyev haqqında səsləndirdiyi səmimi fikirləri, iki ölkənin dostluğunun səviyyəsini əks etdirən ifadələr, həqiqətən də, qürurvericidir. Prezident İlham Əliyev də çıxışında ikitərəfli münasibətlərdə bir sıra vacib məqamlara toxundu, xüsusilə iqtisadiyyat, ticarət və sərmayələr sahəsində tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Eləcə də beynəlxalq səviyyədə qardaş ölkələrin bir-birini müdafiə edəcəyi, həmrəylik göstərəcəkləri xüsusi olaraq qeyd olundu. Bu, onu göstərir ki, Azərbaycanla Pakistanın əlaqələri mövcud və yeni əlavə olunmuş istiqamətlər üzrə bundan sonra da dinamik inkişaf edəcəkdir”, - Konfederasiya sədri əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

9-07-2024, 10:13

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür

Siyasət

8-07-2024, 10:34

Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

Siyasət

17-05-2024, 15:38

Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”

Cəmiyyət

17-04-2024, 12:05

Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülü - Səttar Möhbalıyev

Siyasət

12-03-2024, 11:34

Səttar Möhbalıyev: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər dinamik inkişaf edir, strateji xarakter daşıyır”

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə