• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”

Siyasət

17-05-2024, 15:38

“Möhkəm təməllərə söykənən Azərbaycanla Belarus arasında olan münasibətlər dostluq və etibarlı tərəfdaşlıq prinsipləri üzərində bərqərar olub. Demək olar ki, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq daim yüksələn xətlə inkişaf edib. Həmçinin qarşılıqlı anlaşma, yüksək səviyyəli dialoq və səmimi dostluq ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həqiqətən də, bu gün Azərbaycanla Belarus bir-birinə güvənən, beynəlxalq arenada qarşılıqlı dəstək göstərən dost ölkələrdir. Dövlətimizin başçısı cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verməsi, sözsüz ki, münasibətlərin bu mərhələyə qalxmasında əhəmiyyətli rola malik olub. Hər iki lider arasındakı səmimi dostluğu da qeyd etmək istərdim ki, məhz bu da əlaqələrimizin inkişafına geniş zəmin yaradıb”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında mövcud əməkdaşlığı tənzimləyən xeyli sayda sənədlər imzalanıb: “Habelə əlaqələrimizin möhkəmlənməsi istiqamətində məhsuldar iş aparan Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ticari-iqtisadi əlaqələrdə hər zaman müsbət dinamika olub. Ölkəmizdən Belarusa spirtli və spirtsiz içkilər, meyvə və giləmeyvə konservləri, təzə meyvə-tərəvəz, qoz, fındıq, meyvə şirələri, polimer xammalı və digər mallar ixrac olunur. Belarusdan isə Azərbaycana kənd təsərrüfatı texnika və avadanlıqları, meşə sənayesi məhsulları, transformatorlar, elektrik naqillər, dərmanlar, kənd təsərrüfatı məhsulları idxal edilir. Hökumətlərarası Komissiyanın davamlı olaraq keçirilən iclasları, aparılan faydalı fikir və təcrübə mübadilələri əməkdaşlığın genişlənməsinə təkan verir”.
Dost və qardaş Belarusun lideri Aleksandr Lukaşenkonun ölkəmizə budəfəki dövlət səfərinin əməkdaşlıqda yeni səhifələr açacağına əminliyini ifadə edən Səttar Möhbalıyev qeyd edib ki, səfər çərçivəsində ali səviyyədə aparılan müzakirələr, bir çox yeni sahələr üzrə imzalanan əhəmiyyətli sənədlər gələcək əlaqələrimizin perspektivlərinin müəyyən olunması baxımından xeyli önəmlidir. O həmçinin bildirib ki, Bakı-Minsk, Gəncə-Qomel, eləcə də Qəbələ-Qrodno şəhərlərinin qardaşlaşmasına dair müvafiq memorandumların imzalanması həmin şəhərlər arasında birbaşa əlaqələrin qurulmasına, ölkələrimizin regionlararası əməkdaşlığının inkişafına gətirib çıxaracaq.
“Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı cənab Aleksandr Lukaşenkonun Ümummilli Liderimiz Heydər Əliyevi xatırlaması, 44 günlük Vətən müharibəsini azadlıq müharibəsi kimi dəyərləndirməsi, Qələbəmizi, Qarabağın dirçəldilməsini təqdir etməsi, həqiqətən də, bizi çox fərəhləndirdi. Ümumiyyətlə, uzun illər davam etmiş Qarabağ münaqişəsi dostlarımızı müəyyənləşdirməkdə bizə çox kömək edib. Münaqişə zamanında, lap əvvəldən Belarus, şəxsən cənab Aleksandr Lukaşenko ədalətli mövqe sərgiləyib, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Dost ölkənin işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işinə öz köməyini təklif etməsi bu ədalətli siyasətin bilavasitə davamıdır”, - Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri həmçinin əlavə edib ki, Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfəri, orada törədilmiş vandal aktlarını öz gözləri ilə görməsi, həmçinin Şərqi Zəngəzurun və Qarabağın dirçəlməsi istiqamətində aparılan işlərə şəxsən şahid olması müharibəyə qədər baş vermiş hadisələrin nə qədər acınacaqlı olduğu və Qələbədən sonra formalaşan yeni reallıqların əhəmiyyəti barədə onda daha aydın təsəvvürlər yaradacaq.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-05-2024, 14:04

Postsovet məkanının sülh carçıları Azərbaycan-Belarus

Siyasət

20-05-2024, 17:36

Qarşılıqlı etimada əsaslanan münasibətlər

Siyasət

20-05-2024, 11:55

"Belarus şirkətlərinin Qarabağın inşasına cəlb olunması təqdirəlayiqdir" - Millət vəkili

Siyasət

18-05-2024, 19:24

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir

Siyasət

16-05-2024, 20:32

Azərbaycan-Belarus sənədləri imzalanıb

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə