• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir

Siyasət

29-03-2024, 12:18

Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını minimuma endirmək, Moskvanı bölgədəki rıçaqlarından məhrum etmək məqsədi güdən Qərb vasitə qismində Ermənistandan istifadə edir. Gürcüstan və Azərbaycanın kənarda tutulduğu yeni layihə bölgəmizdəki vəziyyəti sülhə və stabilliyə aparmaq əvəzinə, həddən artıq gərginləşdirə bilər.
Aprelin 5-i Cənubi Qafqazdakı geosiyasi proseslərin məcrasında yeni mərhələ olacaq. Məhz həmin gün Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistanın üçtərəfli görüşü keçiriləcək.
Görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-ın dövlət katibi Entoni Blinken, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcəklər.
İlkin məlumatlara görə, Brüssel danışıqlarının nəticəsi olaraq imzalanacaq sənəddə Qərbin Ermənistana təhlükəsizlik təminatının verməsi nəzərdə tutacaq. Bu isə faktiki olaraq Ermənistanla hərbi-siyasi anlaşmanın imzalanması deməkdir.
Eyni zamanda, müzakirə ediləcək mövzular arasında Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdim olunması, Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsait ayrılması, Aİ ölkələrinin Ermənistana ikitərəfli hərbi-texniki yardımları ünvanlaması, Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgə hərbi təlimlər və treninqlər keçirilməsi, Ermənistanın təhlükəsizliyinin təminatı sahəsi islahatlara uğradılması, Ermənistanın sərhədləri üzərində nəzarəti gücləndirilməsi, Ermənistana Avropa Energetika Birliyinin üzvlüyü təklif edilməsi, Ermənistanın ərzaq təhlükəsizliyinin təminatının gücləndirilməsi, Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşması ilə bağlı danışıqlara başlanması, Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsində ona yardımlar göstərilməsi, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) heyəti və imkanları artırılması, "yaşıl enerji" istehsalı və nəqli sahəsində Aİ ilə Ermənistan arasında əməkdaşlığa başlanması kimi məqamlar da var.
Brüssel görüşü spontan qərar əsasında baş tutmayacq: bu müzakirələrin aparılması hələ ötən ilin oktyabrında, İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü sammitində start götürmüşdü. Fransa prezidenti Emmanuel Makronun sevimli "siyasi oyuncağı" olan Avropa Siyasi Birliyinin məhz həmin sammitində Bakı ilə aparılan danışıqlar prosesi formatında Avropa İttifaqı ilə Ermənistan arasında "xüsusi, əlahiddə" münasibətlər formalaşmağa başladı.
Azərbaycan və Türkiyə prezidentlərinin qatılmadıqları həmin sammitdə Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel və Almaniyanın kansleri Olaf Şolts ölkəmizə qarşı yönəlmiş birgə bəyanat imzalamışdılar.
Sənəddə "qarabağlı ermənilər evlərinə qayıdışlarının və təhlükəsizliklərinin tam təminatı", habelə "Azərbaycanın həbs etdiyi bütün ermənilərin dərhal azad edilməsi" tələb olunurdu.
Yəni Azərbaycanın daxili işlərinə kobud müdaxiləyə cəhd edilmişdi.
Daha sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Görüşün nəticəsi olaraq imzalanmış sənəddə "Dağlıq Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın hərbi əməliyyatları qətiyyətlə pislənmiş", Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlığın yeni istiqamətləri, İrəvana yardımların çeşidi müəyyənləşdirilmişdi.
Məhz Qranada sammitində qərara alınmışdı ki, Ermənistana dəstək məqsədilə Aİ və ABŞ birgə görüş keçirsinlər.
Aprelin 5-də Brüsseldə keçiriləcək sammitin əsas hədəfi Azərbaycana təzyiqləri artırmaq yox, Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxışdırıb çıxarmaqdır. Eyni zamanda, Rusiyadan çəkinən, hətta qorxan Ermənistan rəhbərliyinə də hansısa mücərrəd "təhlükəsizlik təminatları"nın verilməsi, potensial satellit və marionet qismində Paşinyan administrasiyasına dəstəyin daha da gücləndirilməsi nəzərdə tutulub.
Çünki rəsmi İrəvan Rusiyanın tətbiq edə biləcəyi mümkün cəza tədbirlərindən çəkinərək Moskva ilə əlaqələri sürətlə minimallaşdırmaqdan, KTMT-dən və Avrasiya İqtisadi Birliyi sıralarını tərk etməkdən çəkinir.
Ermənistanın təşvişi anlaşılandır: Rusiyanın siyasətçiləri və hakimiyyət mənsubları indiyədək dəfələrlə bəyan ediblər ki, İrəvan aşkar Qərbyönümlü siyasi kursuna sadiq qalarsa, erməniləri "çox ağır nətğicələr, hətta dövlətçiliyin itirilməsi təhlükəsi gözləyir".
ABŞ və Avropa İttifaqı hazırda Paşinyan administrasiyasının Rusiyadan mümkün qədər uzaqlaşmağa yönəlmiş siyasətini tam dəstəklədiyini bəyan etsə də, konkret hansı "təhlükəsizlik təminatı"nı verə biləcəyini açıqlamır.
Vaşinqtonun və Brüsselin belə təminat vasitələri ilə imkanları yoxdur: olan yalnız Ermənistana birbaşa silah-sursat və hərbi texnikanın tədarükü variantıdır.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və ümumiyyətlə, regional sülhə Rusiyanın iştirakı olmadan nail olmağa çalışan Qərb Moskvanı nəinki Ermənistan, habelə Gürcüstan və Azərbaycan üçün etibarlı tərəfdaş və ya stabil müttəfiq hesab etmir.
Lakin Qərbin ermənistana siyasi və hərbi-texniki dəstəyi artıracağı təqdirdə Cənubi Qafqazda sülhün əldə edilməsi prosesi xeyli çətinləşəcək, hətta problematik olacaq.
Qərb həmişəki kimi, Cənubi Qafqazdakı çox sərt geosiyasi rəqabətlə bağlı reallıqları nəzərə almır.
Üstəlik, aprelmn 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş həmin reallıqlara yeni risklər əlavə edəcək.
Əgər Vaşinqtonla Brüssel - dedikləri kimi - Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında neytral və ədalətli vasitəçilik missiyasını yerinə yetirmək istəyirlərsə, rəsmi Bakıya təzyiq göstərməyə cəhd göstərərək Ermənistana hərbi-siyasi dəstək vermək planlarını reallaşdırmaq niyyətləri belə «vasitəçilik» məramlarına çox dərin şübhələr yaradır.
Üstəlik, başda Fransa olmaqla Qərbin Ermənistana ünvanladığı belə dəstək Cənubi Qafqazdakı ənənəvi və mövcud geosiyasi təsir imkanlarını qorumağa çalışacaq Rusiya ilə İranın həddən ziyadə sərt müqaviməti ilə üzləşəcək ki, sonucda bölgədə gərginlik ciddi şəkildə arta bilər.
Rusiya birmənalı olaraq Cənubi Qafqazı təsir dairəsi sayır və Qərbin b.lgədəki geosiyasi təsir imkanlarını minimuma endirmək istəyir. Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında sülhün AbŞ və Avropa İttifaqının versiyasında reallaşması Moskvanı təmin etməyəcək.
Təsadüfi deyil ki, rəsmi Moskva sürəkli olaraq “Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması yalnız Rusiyanın iştirakı ilə əldə edilmiş üçtərəfli bəyanat çərçivəsində mümkündür” deyir.
Qərb hesab edir ki, danışıqlardakı indiki zəif mövqelərini Ermənistana dəstəyi artırmaqla gücləndirə bilər. Halbuki belədə Ermənistan danışıqlardakı mövqeyində aqressiv ritorikanı artıraraq yeni bəhanələr, şərtlərlə çıxış edəcək. Digər tərəfdən, Qərbin İrəvana hərbi-siyasi dəstəyinin artırılması, erməni ordusunun sürətlə silahlandırılmasına yönəlmiş addımlar Ermənistandakı revanşist qüvvələri aktivləşdirərək onlarda Azərbaycana qarşı yeni hərbi əməliyyatın “uğurlu alınacağı” ilə bağlı illüziya yarada bilər.
Fransa ilə bağlı hər şey aydındır və Emmanuel Makronun Cənubi Qafqazda bağlı absurd xarici siyasətində, Ermənistana tam dəstək verilməsinə yönəlmiş strategiyasında dəyişikliklər gözləməyə dəyməz.
Lakin ABŞ və Avropa Birliyi anlamalıdır ki, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistana yeni vədlər, yeni dəstək verilərsə Cənubi Qafqazda sülhün bərqərar olması prosesi qeyri-müəyyən müddətədək təxirə düşəcək.
Elçin Alıoğlu

Paylaş:
Digər xəbərlər

Siyasət

29-03-2024, 11:39

“Ermənistan bölgəni geopolitik maraqların savaş poliqonuna çevirir” – Millət vəkili

Siyasət

26-03-2024, 11:17

Qərbi Azərbaycan İcması Aİ-nin xüsusi nümayəndəsini təhlükəli siyasətdən əl çəkməyə çağırdı

Siyasət

22-03-2024, 13:05

Ermənistan parçalana bilər: ermənilər qurban seçilib

Siyasət

17-03-2024, 20:58

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib

Siyasət

29-02-2024, 19:14

Vitse-spiker Adil Əliyev: “Fransanın məqsədi Ermənistanı özündən asılı vəziyyətdə saxlamaqdır”

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə