• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənistan parçalana bilər: ermənilər qurban seçilib

Siyasət

22-03-2024, 13:05

Ermənistan parlamenti Avropa İttifaqının ölkədəki Müşahidə-Monitorinq Missiyasının (EUMA) statusu ilə bağlı İrəvanla Brüssel arasında imzalanmış sazişi ratifikasiya edib.
Azərbaycanla şərti dövlət sərhədi boyunca fəaliyyət göstərəcək EUMA ilə bağlı sənədin ratifikasiyasının lehinə 57, əleyhinə 27 deputat səs verib.
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın faktiki rəhbərlik etdiyi "Ermənistan" fraksiyasından olan deputatların bir qismi bitərəf qalıb, sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi "Şərəfim var" fraksiyasından olan deputatlarsa səsvermədə iştirak etməyiblər.
Beləliklə, EUMA-nın Ermənistandakı heyətinin sayı 169 nəfərdn 209 nəfərədək artırılıb və onlara çox böyük səlahiyyətlər verilib. Həmin səlahiyyətlər arasında Ermənistan qanunvericiliyi qarşısında immunitet var: yəni Ermənistanda EUMA-nın heç bir üzvü həbs oluna və ya saxlanıla bilinməz.
Halbuki Ermənistanda heç dövlət və hökumət rəhbərləri, nazirlər və deputatlar belə səlahiyyətlərə malik deyillər.
EUMA heyətinin tam əksəriyyətinin Avropa İttifaqına daxil olan ölkələrin, xüsusilə də Fransa, İspaniya, Almaniya və Belçikanın xüsusi xidmət orqanlarını əməkdaşları olduğu artıq faktlarla, dəfələrlə sübut olunub.
Onlar Ermənistanda rezidentura şəbəkəsi quraraq casusluq edir, Azərbaycan, İran, Rusiya və Türkiyə ilə yanaşı, Ermənistanın özü barədə kəşfiyyat məlumatları toplayırlar.
EUMA-nın əsas hədəfləri hazırda Rusiya, Türkiyə və Azərbaycandır.
Bu isə Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin ermənilər üçün çox ciddi problemlər və fəsadlar vəd etdiyinin göstəricisidir.
Ermənistanın sərhədlərini rusiyalı sərhədçilər qoruyurlar, Gümrü şəhərində də Rusiyanın 102-ci hərbi bazası yerləşir.
Cənubi Qafqaz bölgəsində Rusiyanın mövqelərinin zəiflədiyini düşünən Ermənistan yeni hami axtarışında qətiyyətlə və inadla Qərbə doğru meyllənirlər.
Baş nazir Nikol Paşinyandan tutmuş, Ermənstan hökumətində və parlamentindəki ən kiçik məmuradək ən geniş müstəvidə ermənilərin "Avropa perspektivləri" müzakirə olunur.
Lakin ermənilər unudurlar ki, xəyanətkarların yolu bir qayda olaraq eyni, təleləri təkrarlanandır.
Kollaborasionistlərdən və xəyanətkarlardan həmişə alət kimi istifadə edirlər - amma bu yarınma müddəti qısa çəkir, sonrakı tale isə acınacaqlı olur.
Yunanıstan, Kipr, Fransa və Hindistandan silah-sursat, hərbi texnika alan, ərazisində Aİ "müşahidəçiləri"nə ən geniş status və səlahiyyətlər verən, hərbçilərini təlim-tədris üçün Fransaya yollayan, Rusiya ilə əlaqələri minimuma endirərək aşkar formatda Qərbə üz tutan, Avropa İttifaqına üzv olmağa çalışan və perspektivdə NATO-ya qatılmaq niyyətini gizlətməyən Ermənistan rəhbərliyi yeni, ciddi səhvə yol verir. Rəsmi İrəvan nədənsə düşünür ki, can atdığı Qərb və özünə yeni hami elan etdiyi Fransa onun geosiyasi maraqları ilə geostrateji təhlükəsizliyini təmin edəcək, problemlər yarananda imdada çatan xilaskara çevriləcək.
"Hədiyyələr gətirən danaylılalara inanmayın!" müdrikliyini unutmuş Ermənistan Qərbin vədlərinə inanaraq indiyədək Ukraynanın, Gürcüstanın, Qırğızıstanın və Gürcüstanın yol verdiyi səhvləri təkrarlayır.
Fransadan aldığı təlimatları tam icra edən, Avropa İttifaqının və ABŞ-ın strateji tərəfdaşı olduğunu düşünən Ermənistan rəhbərliyi unudur ki, Fransa və ABŞ uzaqda, Rusiya isə çox yaxındadır.
Nikol Paşinyanın yürütdüyü siyasət və tutduğu kurs isə Ermənistan vətəndaşları üçün olduqca ciddi çətinliklər vəd edir. Çünki Ermənistan böyük güclərin Cənubi Qafqazdakı oyunlarında adi vasitə və fiqur qismində istifadə olunduğundan elə həmin güclər zəruri saydıqları zaman asanlıqla erməniləri qurban verəcəklər.
Cənubi Qafqazda optimal, rasional və düşünülmüş xarici siyasət yürüdən yeganə ölkə Azərbaycandır. İrəvan Bakının strateji ssenarilərini və taktiki gedişlərini təkrarlamağa çalışsa da, alınmayacaq: bunun üçün müstəqil diplomatiya, gerçək suverenitet və siyasi iradə gərəkdir.
Paşinyan administrasiyasının kursu xaos və vurnuxmadır. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar başlayandan sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalardan yayınmaqda Rusiyanın ən çox və intensiv istifadə etdiyi ölkələr arasında Ermənistan yer alır.
Məhz bu səbəbdən Cənubi Qafqaz ölkələri arasında Rusiya ilə ticari dövriyyənin həcmi baxımından Ermənistan 7,2 milyard dollarlıq statistika ilə ilk yerdədir.
Halbuki neft, qaz və s. təbii ehtiyatlarla zəngin Azərbaycanın müvafiq göstəricisi 4,2 milyard dollardır və ölkəmiz bölgə dövlətləri arasında 3-cü yerdə bərqərar olub.
Ermənistana total dəstək verən Fransanın davranışının və planlarının məqsədi aydındır. Bəs ABŞ və Avropa İttifaqına nə olub? Onlar Ermənistanın ən əsas strateji müttəfiqinin İran olduğunu, rəsmi Tehranın “Ermənistanın suverenliyini qorumaq və təmin etmək bölgədəki siyasətimizin məhvər prinsipləri arasındadır” bəyanatları ilə çıxış etdiyinin fərqində deyilmi?
Suallar sadəlövhdür, çünki Qərb ermənilərin məramlarını bilir, amma bilməsinə rəğmən, onlardan istifadəni davam etdirir.
Nikol Paşinyanın KTMT sıralarını tərk etmək, bütünlüklə Qərbə meyllənmək və Rusiya ilə əlaqələri minimuma endirməklə bağlı bəyanatları sadəcə, söz yığınıdır.
Ermənistan yaxın vaxtlarda nə KTMT-ni tərk edəcək, nə də Rusiya ilə təmasları zəiflədəcək və məsələ heç də Paşinyanın zəif siyasətçi, degenenartiv xarici siyasət yürütməsi ilə bağlı deyil.
Problem Ermənistan rəhbərliyinin öz avanrtüralarının yaratdığı riskləri qətiyyən dəyərləndirməməsidir. Nikol Paşinyan administrasiyasında ciddi analitiklər və təcrübəli ekspertlər olmadığından İrəvanın qərarları ilə siyasəti falabaxmanı, rəml atmanı, sonrakı addımların az qala ulduz falı əsasında bəlirlənməsinə bənzəyir.
Ermənistanın Qərbdən aldıtı hələlik yalnız vədlərdir ki, onların da ömrü uzun deyil.
Rusiya hələ ki, Ermənistanla ciddi məşğul olmur. Lakin yaxın gələcəkdə Moskva qərarını dəyişərsə və İrəvanı cəzalandırmaq fikrinə düşərsə, Parisin, Vaşinqtonun və ya Brüsselin bəyanatlarının adi vədlər olduğu bilinəcək.
Onlar həftələrlə, aylarla müzakirələr aparacaq, Ermənistana kömək edib-etməməklə bağlı məsləhətləşəcəklər.
Qurban gedən isə parçalanan Ermənistan ola bilər.

Elçin Alıoğlu

Paylaş:
Digər xəbərlər

Siyasət

29-03-2024, 11:39

“Ermənistan bölgəni geopolitik maraqların savaş poliqonuna çevirir” – Millət vəkili

Gündəm / Dünya

27-03-2024, 12:38

İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığıdır - KİV

Siyasət

26-03-2024, 11:17

Qərbi Azərbaycan İcması Aİ-nin xüsusi nümayəndəsini təhlükəli siyasətdən əl çəkməyə çağırdı

Siyasət

15-03-2024, 14:39

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 15 mart tarixli iclasında çıxışı

Siyasət

14-03-2024, 16:35

Avropa Parlamentinin 2024-cü il 13 mart tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə