• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin Gürcüstan nümayəndə heyəti ilə görüşü olub

Siyasət

22-04-2024, 18:07

Aprelin 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Gürcüstan Parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstanın dərin tarixi köklərə malik qonşu və dost ölkələr olduğunu deyib. O, əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib. Habelə xalqlarımız arasında mehriban münasibətlərin inkişaf etdiyini söyləyib.
Hazırda regionda yeni reallıqların yarandığını vurğulayan komitə sədri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün bölgədə sülhün və sabitliyini təmin olunması üçün Azərbaycan dövləti mühüm addımlar atır, o cümlədən Ermənistanla sülh müqaviləsinin bağlanması üçün səylərini əsirgəmir. Sülhün əsas prinsiplərinin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, nəqliyyat və kommunikasiyaların açılması üçün şərait yaradılmasının olduğu qeyd edilib.
Tahir Mirkişili Azərbaycanın Gürcüstanla parlamentlərarası əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini, qarşılıqlı səfərlərin bu münasibətlərin genişləndirilməsinə xidmət etdiyini deyib. O, ötən müddət ərzində Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin Gürcüstana səfərini xatırlayaraq, bunun qanunverici orqanlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Komitə sədri Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın mövcudluğunu, ölkələrimizin birgə beynəlxalq layihələrin fəal iştirakçısı olduğunu vurğulayıb.
Gürcüstan Parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvili görüşdən məmnunluğunu ifadə edərək, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin mövcudluğunu, belə görüşlərin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi və son Prezident seçkilərinin ölkənin bütün ərazisində keçirilməsi münasibəti ilə təbriklərini çatdırıb. Dövlətlərimiz və xalqlarımız arasında tarixi ənənələrə söykənən sarsılmaz əlaqələrin bu gün də dinamik inkişaf etdiyini deyib. Regionda davamlı təhlükəsizliyin təmin edilməsi üçün səmərəli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Davit Sonğulaşvili dövlətlərarası əlaqələrin gücləndirilməsində parlamentlərin rolunu xüsusi qeyd edib. Qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi baxımından səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışıb. Parlament komitələri arasında əlaqələrin genişləndirilməsinin önəmindən bəhs edib.
Söhbətdə Gürcüstan Parlamenti nümayəndə heyətinin üzvləri Gela Samxarauli, Bezhan Tsakadze, Qoça Enukidze çıxış edərək, ölkələrarası və parlamentlər səviyyəsində əlaqələrin möhkəmlənməsi, iqtisadi, ticari sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.
Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, üzvləri Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

22-04-2024, 18:04

Milli Məclisdə görüş

Siyasət

22-04-2024, 17:55

Gürcüstan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət

8-04-2024, 15:07

Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Siyasət

4-03-2024, 19:03

Azərbaycan-Avstriya əlaqələri inkişaf edir

Siyasət

1-03-2024, 22:29

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • 15-09-2025, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 15-09-2025, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə