• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli dövlətçilik ənənələri

Siyasət

29-05-2024, 12:09

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlətin yaranmasından 106 il ötür.
106 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin cıxışlarının birində qeyd etdiyi kimi, biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Tariximizə ehtiram əlaməti olaraq Azərbaycan xalqı üçün İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
“Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Ulu Öndər Heydər Əliyev çıxışlarından birində səsləndirdiyi bu kəlmələrində çox haqlı idi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Ömrü qısa olsa da, illər sonra tarixi ədalət bərqərar oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan sələfinin taleyini yaşamağın bir addımlığında olsa da, xalqın düzgün rəhbər seçimi sayəsində suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamağın daha çətin, məsuliyyətli olmasını zamanla baş verən siyasi proseslər bir daha sübut etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Bir sözlə, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.
Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Cümhuriyyətdən miras qalan bayrağımıza da Ulu Öndər yenidən həyat verdi. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-05-2024, 12:13

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Siyasət

28-05-2024, 12:11

Türkiyə XİN Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib

Siyasət

28-05-2024, 11:25

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir

Siyasət

27-05-2024, 11:48

Qürur günümüz - 28 May

Gündəm / Siyasət

22-02-2024, 17:49

Azərbaycan xalqının layiqli oğlu İlham Əliyev

Yazarlar
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
“Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür
Hadisə
3-07-2025, 12:05
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
30-06-2025, 13:39
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
25-06-2025, 17:03
Polis bu qadını axtarır, görənlər xəbər etsin
19-06-2025, 12:00
Taleh Qaraşova sui-qəsd hazırlayana AĞIR CƏZA
18-06-2025, 11:48
Bakıda tanınmış rəssamın damarları kəsilmiş meyiti tapıldı
10-06-2025, 11:04
Ötən gün 26 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Son xəbərlər
  • 4-07-2025, 22:43
    Ictimaətin nəzərinə çatdırmaq istəyirik ki...
  • 3-07-2025, 12:10
    Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
  • 3-07-2025, 12:07
    Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyi qeyd edilib
  • 3-07-2025, 12:05
    Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
  • 2-07-2025, 14:00
    Ədliyye naziri Fərid Əhmədovun yeni təyinatı
  • 2-07-2025, 11:47
    Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir
  • 2-07-2025, 11:45
    Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
  • 2-07-2025, 11:43
    Tahir Gözelin “Green Tech”də Özbəkistanın kənd təsərrüfatı naziri ilə görüşü olub
  • 2-07-2025, 11:41
    AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib
  • 1-07-2025, 11:07
    ÜST: Dünyada hər saat 100 insan tənhalıq səbəbindən vəfat edir
  • 1-07-2025, 11:03
    Hindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb
  • 1-07-2025, 11:01
    BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb
  • 1-07-2025, 10:56
    Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində bir sıra tarixi-mədəni abidələrlə tanış olublar
  • 30-06-2025, 13:41
    Mərakeş parlamentariləri Ulu Öndərin məzarını ziyarət ediblər
  • 30-06-2025, 13:39
    Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
  • 30-06-2025, 13:36
    Azərbaycan gimnastları Polşada gümüş medallar qazanıblar
  • 30-06-2025, 13:28
    Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar - REPORTAJ
  • 29-06-2025, 11:55
    Rusiyada azərbaycanlıların öldürülməsinə RƏSMİ REAKSİYA
  • 29-06-2025, 11:53
    "Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
  • 29-06-2025, 11:49
    Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
  • 29-06-2025, 11:47
    Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
  • 26-06-2025, 14:42
    "Hüquq elmində yenilik- 18.06.2025-ci il tarixdə OMBUDSMAN əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkum Rauf Rəhimovun Qanunlar Toplusu kitabının təqdimatı keçirildi "
  • 26-06-2025, 10:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 17:06
    Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
  • 25-06-2025, 17:03
    Polis bu qadını axtarır, görənlər xəbər etsin
  • 25-06-2025, 16:57
    Kevin Medina: Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim
  • 25-06-2025, 16:54
    Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib
  • 24-06-2025, 23:26
    Elmar Əliyev kimdir?
  • 23-06-2025, 14:16
    Prezident İlham Əliyev Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 23-06-2025, 14:12
    Toğrul Əliyev: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində müəyyən narahatlıqlar yaradır
  • 23-06-2025, 14:08
    Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 23-06-2025, 14:06
    İsrail İranın altı hava limanına zərbələr endirib
  • 23-06-2025, 14:04
    İyunun 23-ü Beynəlxalq Olimpiya Günüdür
  • 21-06-2025, 09:46
    ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ PƏRVİZ HACIYEVİN JURNALİST ORXAN ƏHMƏDOV BARƏSİNDƏ ƏDALƏTLİ QƏRAR ÇIXARACAĞINA İNANIRIQ
  • 19-06-2025, 12:05
    Kanada vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə