• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qürur günümüz - 28 May

Siyasət

27-05-2024, 11:48

Əminə Ağazadə
Milli Məclisin deputatı

28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadı.Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilirdi. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu.
Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Müstəqillik Gününü bu il də milli bayram kimi qeyd edir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Biz bütün dünyaya sübut etdik ki, qan bahasına qazandığımız bu müstəqillik əbədidir, dönməzdir.
Yaşasın müstəqil Azərbaycan, bayramınız mübarək, əziz həmvətənlər!

Paylaş:
Digər xəbərlər

Siyasət

12-05-2024, 22:05

Şuşadan verilən mühüm mesaj: Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyini ifadəsi – Millət vəkili

Siyasət

10-05-2024, 10:51

Heydər Əliyevin zəngin irsi: Bu günümüz və sabahımız üçün strateji yol xəritəsidir – Deputat

Cəmiyyət

27-03-2024, 12:45

Kolleclərə qəbul elan edildi

Siyasət

14-03-2024, 16:48

Əhliman Əmiraslanov: "Qazaxıstanla münasibətlərimiz ortaq köklərə bağlıdır"

Gündəm / Siyasət

22-02-2024, 17:49

Azərbaycan xalqının layiqli oğlu İlham Əliyev

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • 15-09-2025, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 15-09-2025, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə