• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan regional və qlobal böhranların müzakirəsi və həll yollarının axtarılması baxımından mühüm platformaya çevrilib

Siyasət

7-06-2024, 14:09

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə komitəsinin
sədr müavini, YAP İdarə Heyətinin üzvü

Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzi statusunu möhkəmləndirən Azərbaycan bəşəri problemlərin həllində, beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda, enerji məsələlərinin müzakirəsində ciddi rol oynamağa başlayıb. İyunun 4-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi də bunu deməyə əsas verir. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər və dövlət başçılarının forum iştirakçılarına ünvanladıqları məktublar bir daha təsdiqləyir ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə həlli vacib olan məsələlərdə məsuliyyətli qlobal aktordur.
Hər il Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini bir araya gətirir və diqqəti Azərbaycana yönəldir. 37 ölkədən 300-ə yaxın şirkətin Bakı Enerji Həftəsində iştirakını təsdiqləməsi foruma yüksək marağın olduğunu göstərir. 1994-cü ildən keçirilən sərgi-konfransın və forumun təşkilinə pandemiya ilə əlaqədar iki illik fasilə verilməsinə baxmayaraq, bu qədər çox iştirakçı adıçəkilən tədbirə marağın yüksək səviyyədə qaldığını göstərdi. Bu platforma enerji sektorunda ən qabaqcıl texnologiyaların nümayişi, tərəfdaşlar axtarışı, əlaqələrin qurulması və müqavilələrin bağlanması üçün imkanlar yaradır. Ənənəvi forum dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən hökumət rəsmilərini, energetika və sənaye nazirliklərini, baş katibləri və titullu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır. Ən əsası, Prezident İlham Əliyevin forumda iştirakı və mühüm açıqlamalar verməsi Bakı Enerji Həftəsinə olan marağı artırır, forum çərçivəsində səsləndirilən fikirlərin uzun müddət diqqət mərkəzində qalmasına şərait yaradır və sonrakı qərarların qəbul olunmasına təsir göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji həftəsinin açılış mərasimində çıxış edərək bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu vurğuladı və Xəzər dənizi ilə ayrılmaz şəkildə bağlı olan Azərbaycan energetikasının inkişaf perspektivlərini qiymətləndirdi. Bakı Enerji Həftəsinin 1994-cü ildə keçirildyini və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını vurğulayan dövlət başçısı bildirdi ki, hazırda tədbirin miqyası genişlənib və artıq Bakı Enerji Həftəsi adlandırılır: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Prezident İlham Əliyev xüsusilə Xəzərin enerji resurslarının tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycan rəhbərliyinin əldə edə bildiyi nəticələr kontekstində konfransın əhəmiyyətini qeyd etdi. Bu gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, ölkəmizin ixracı 24 milyard kubmetrdən artıq olacaq: “Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”. Prezident İlham Əliyev bu mənada “Şahdəniz” layihəsinin təbii qaza olan qıtlığı aradan qaldırdığını diqqətə çatdırıb.
“Köhnə qitə” Azərbaycanı Avropanın etibarlı təchizatçısı kimi qiymətləndirir. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı çətin məsələlərin həllinə öz töhfəsini verir. Bu gün Avropanın 8 ölkəsi Azərbaycan qazını idxal edir. Ancaq bu, son hədd deyil. Dövlət başçısı çıxışında bildirdi ki, qaz təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək: “Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.
Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmaq öhdəliyi Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir. Avropalı liderlər bunu “Köhnə qitə”nin enerji təhlükəsizliyinə verilən töhfə adlandırırlar.
Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir, bunun nəticəsi olaraq ölkəmiz özünü regionda sabitliyin və enerji təhlükəsizliyinin, eləcə də Avropanın enerji təchizatının təmin edilməsində sübut edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi vədlərimiz imzamız qədər dəyərlidir.
Dünya dövlətləri də bu reallığı yüksək qiymətləndirir. ABŞ Prezidenti Co Bayden forum iştirakçılarına ünvanladığı məktubda vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. Cənab Bayden məktubunda haqlı olaraq qeyd edib ki, Xəzər dənizinin qazı getdikcə daha çox ölkələrə tədarük edilir və bu da Avropaya enerji mənbələrini şaxələndirməyə, kömür istifadəsindən uzaqlaşmağı sürətləndirməyə kömək edir. Bakı da “yaşıl enerji”dən istifadənin artırılmasını prioritet istiqamət sayır.
Forumda Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoymaları bu reallığı bir daha təsdiqləyir.

Paylaş:
Digər xəbərlər

Siyasət

7-06-2024, 13:32

Etibarlı tərəfdaşlıq

Siyasət

6-06-2024, 12:36

İqbal Məmmədov: "Bakı Enerji Həftəsinə İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir qatılırlar"

Siyasət

5-06-2024, 11:55

Azərbaycan regional və qlobal miqyasda vacib və etibarlı enerji tərəfdaşıdır – Deputat

Siyasət

4-06-2024, 11:33

Prezident İlham Əliyev: Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik

İqtisadiyyat

4-06-2024, 11:31

Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlıq bütün regiona fayda verib - Ərdoğan

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • 15-09-2025, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 15-09-2025, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə