• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türk dövlətləri arasında münasibətlər möhkəmləndirilir - ŞƏRH

Siyasət

7-06-2024, 21:40

Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının, o cümlədən TÜRKPA-nın rolu böyükdür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
O qeyd edib ki, TÜRKPA-nın Bakıda keçirilən plenar iclası və bu iclasda müzakirə olunan məsələlər regional , eyni zamanda, qlobal əhəmiyyətə malikdir. Azərbaycan Türk birliyinin aparıcı üzvü kimi bu ittifaqın daha da güclənməsinə çalışır. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir. Əlaqələrimiz bütün sahələrdə intensiv xarakter alıb və zamanın tələblərinə uyğun olaraq inkişaf edir. Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edərkən də söhbətin əsas məğzini türkdilli ölkələr arasında əlaqələrin bundan sonrakı inkişafı təşkil edib.
“Türk Dövlətləri Təşkilatı ona üzv dövlətlərin inkişafına müsbət təsir göstərir. İqtisadi və siyasi aspektlərdə əməkdaşlıqlar dolayısı ilə hər bir dövlətin inkişafına səbəb olur. Ölkə Prezidentinin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər Türk dünyasının həm bu günü, həm də gələcəyi üçün əhəmiyyət daşıyır. İndiki məqamda əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirməkdir. Türk dünyasının qanunverici orqanının yaradılması və fəaliyyəti özlüyündə çox böyük siyasi məna kəsb edir”, - deyə deputat vurğulayıb.
O, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünun keçiriləcəyini qeyd edərək deyib: “Sürətli və davamlı təmaslara ehtiyacın olduğunu xüsusi vurğulayan Prezidentimiz Zirvə görüşünün ildə bir dəfə keçirilməsinin kifayət etmədiyini bildirib. Həmin görüşdə nəqliyyat və iqlimlə bağlı müzakirələrin aparılacağı qeyd edilib. Çünki nəqliyyat sektoru Türk dünyasının birləşməsi üçün lazım olan əsas infrastrukturdur. İşğaldan azad edilən torpaqlarda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir sıra layihələr həyata keçirilməkdədir. Dövlətimizin başçısı görüşdə TÜRKPA-nın toplantısının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edən Türk dünyasının dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə, bütün beynəlxalq səviyyəli tribunalarda ölkəmizə dəstək nümayiş etdiriblər. Hətta Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Təşkilatında təmsil olunan qardaş ölkələr İrəvana deyil, məhz Azərbaycana dəstək nümayiş etdirdilər. Bu, Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq, qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub. Azad edilmiş torpaqlarda Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəb binasının təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb binası inşa ediləcək. İşğaldan azad edilmiş torpaqlarda icra olunan layihələrin podratçılarının əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Bu da Türk dünyasının birliyinin göstəricisidir”.
Cəbi Quliyevin sözlərinə görə, Azərbaycan Prezidentinin TÜRKPA nümayəndə heyəti ilə görüşündə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına və digər qurumlara üzv olması ilə bağlı söylədiyi fikirlər Türk birliyinin möhkəmlənməsinə və genişlənməsinə xidmət edir: “Təkcə Şimali Kipr Türk Respublikası deyil, müstəqil dövləti olmayan türk xalqları da gələcəkdə Türk birliyinin üzvü olacaq. Biz buna inanırıq. Prezident İlham Əliyevin görüşdə söylədikləri, əslində,Türk dünyasının yol xəritəsidir. Azərbaycan Prezidenti çıxışında Ermənistanla bağlı məsələləri bir daha gündəliyə gətirdi və qeyd etdi ki, Ermənistan və onun havadarları regionda sülh istəyirlərsə, bu ölkənin konstitusiyasında mütləq dəyişiklik etməlidir. Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan əsassız ərazi iddiaları çıxarılmalıdır. Bu dəyişikliklər regionda gələcəkdə davamlı sülhün təməlini qoyacaq”.

Paylaş:
Digər xəbərlər

Siyasət

9-06-2024, 21:29

Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir

Siyasət

9-06-2024, 21:25

"Türk dünyasının birləşməsi Azərbaycan dövlətinin prioritetidir" - Millət vəkili

Siyasət

7-06-2024, 19:38

Milli Məclisin sədri Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb

Siyasət

6-06-2024, 15:08

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SƏDRİ XANIM SAHİBƏ QAFAROVANIN TürkPA-nın Assambleya Şurasının 13-cü iclasında GİRİŞ NİTQİ

Siyasət

28-05-2024, 12:08

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə