26 fevral Azərbaycan xalqının yaddaşına həkk olunmuş ağrılı bir tarixdir. Xocalı soyqırımı yüzlərlə günahsız insanın faciəsi, yarımçıq qalan ömürlər və sönən ocaqlar deməkdir.
Sabunçu rayonu, Savxoz Ramana qəsəbəsində yerləşən Elşən Məhərrəmov adına 137 nömrəli məktəbdə bu tarixə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir çərçivəsində şagirdlər tərəfindən hazırlanan səhnələr faciənin ağrı-acısını bir daha canlandırdı. Səhnələrdə vətən uğrunda mübarizə, anaların fəryadı, uşaqların qorxu dolu baxışları tamaşaçılara dərin təsir bağışladı.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə tariximizi unutdurmamaq, şəhidlərimizin xatirəsini ehtiramla yad etmək və həqiqətləri gələcək nəsillərə çatdırmaqdır.
Unutmadıq, unutdurmayacağıq.
Onuda Qeyd Etmək İstəyirik ki, Tədbirdə
Xeberglobaltv.az veb saytinin Direktoru
Orxan Əhmədovun Qizi,
Məryəm Əhmədzadə də İstrak Etmisdir.