İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi Pep Qvardiola klubda nə qədər qalmağı planlaşdırdığını açıqlayıb.
Bu barədə məşhur italyan insayder Fabrisio Romano məlumat verib. “8 ildir ki, “Mançester Siti”dəyəm və daha 8 il burada qalmayacağam, burada qalmaqdan getməyə daha yaxınam, amma getdiyimi hələ deməmişəm...” ispaniyalı mütəxəssis vəziyyəti izah edib.
Qvardiolanın ingilis klubu ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna qədərdir.