Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Cavab görüşləri çərçivəsində iki matç baş tutacaq.
Bu oyunlar 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gətirəcək. “Real” səfərdə məğlub etdiyi “Leypsiq”lə ev görüşünə çıxacaq. “Mançester Siti” isə “Kopenhagen”i ikinci dəfə üstələməyə çalışacaq.
Qeyd edək ki, bir gün əvvəl “Bavariya” və PSJ 1/4 finala adlayıb.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
00:00. “Real” – “Leypsiq”
İlk oyun – 1:0
00:00. “Mançester Siti” – “Kopenhagen”
İlk oyun – 3:1.