"İnter Mayami" Lionel Messini daha uzun müddət öz klubunda saxlamaq istəyir.
Jurnalist Nikolo Skiranın sözlərinə görə, Amerika klubu argentinalı ilə müqaviləni uzatmaq üçün fürsət axtarır. Yeni müqavilə 2025 və ya 2026-cı ilə qədər qüvvədə ola bilər.
Əfsanəvi futbolçu ilə hazırkı klubu arasında mümkün sövdələşmənin maliyyə detalları naməlum olaraq qalır.
Xatırladaq ki, daha əvvəl Messinin "Barselona"ya qayıtmaq istədiyini bildirdiyi məlum olub.