27-28 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Plovdiv şəhərində Savatın Assault, Kombat növü üzrə kadetlər, gənclər, və böyüklər arasında keçirilən Beynəlxalq turnir sona çatıb.16 ölkənin iştirak etdiyi turnirdə ümumilikdə 150-dən çox idmançı döyüşüb.Tutu İsmayılova qadınların 52 kq çəki dərəcəsində Savatın Assault növü üzrə turnirin 8/1 mərhələsində Bolqarıstan idmançısı üzərində inamlı qələbə qazanmasına baxmayaraq , 4/1 mərhələsində Belçikalı idmançı ilə döyüş zamanı aldığı zədəyə görə turniri erkən tərk etməyə məcbur qalıb.
Məhəmməd Süleymanov isə 80 kq çəki dərəcəsində Savatın Assault növü üzrə gənclərdə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.