• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ТАР-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb

İqtisadiyyat

15-05-2024, 12:31

Trans-Adriatik boru kəmərinin (ТАР) qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb.
Bu barədə "TAP AG" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında deyib.
"TAP artıq təqribən 3,5 ildir ki, Azərbaycandan təbii qazı Yunanıstan, Bolqarıstan və İtaliyaya təhlükəsiz və etibarlı şəkildə nəql edir. Boru kəməri kommersiya fəaliyyətinin əvvəlindən Avropanın enerji təchizatı ilə bağlı mühüm problemlərlə üzləşdiyi bir vaxtda yeni mənbədən və alternativ marşrutdan qaz təmin edərək, qitənin ayrılmaz enerji infrastrukturu kimi özünü təsdiqlədi", - o deyib.
V.Veysəlovun sözlərinə görə, Avropanın son bir neçə il ərzində enerji təhlükəsizliyinə artan tələbatını qarşılamaq üçün TAP konsorsiumu imkanlarını və bazarlara nəql olunan həcmi fəal şəkildə artırıb.
"TAP-ın ilkin gücü ildə təqribən 10 milyard kubmetr olmaqla yükgöndərənlər arasında bölüşdürülüb və 2013-cü ildə imzalanmış uzunmüddətli sazişlərə əsasən 25 il müddətinə bron edilib. Həmçinin, imkanların bron edilməsi üzrə "PRISMA" platforması üzərindən və Avropanın qaz nəqli sistemi operatorları şəbəkəsinin (ENTSOG) hərraclar təqviminə əsasən qısamüddətli bronlaşdırma təklif edirik. 2020-ci ilin sonunda kommersiya fəaliyyəti başladıqdan sonra TAP-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb", - deyə o vurğulayıb.
V.Veysəlov TAP konsorsiumunun təklif olunan imkanların və bazara nəql olunan həcmlərin maksimallaşdırılması üçün boru kəmərinin istismar şərtlərindən istifadə edən fəal operator olaraq mövqe sərgilədiyini qeyd edib.
"Biz, həmçinin, aparıcı beynəlxalq praktikaya uyğun olaraq, bütün bazar maraqlarını əhatə etməklə, eləcə də uzunmüddətli öhdəliklər və qısamüddətli normativ öhdəliklər çərçivəsində razılaşdırılmış imkanlarla yanaşı, qısamüddətli imkanlardan istifadəni artırmaqla kommersiya məhsulları işləyib hazırlamışıq.
Boru kəmərindən şəbəkə kimi istifadə olunur və qaz təkcə qərbdə Yunanıstan, Bolqarıstan və İtaliya istiqamətində deyil, həm də İtaliyadan Yunanıstan və Bolqarıstana, həmçinin Qərbi Balkanlar regionundakı bazarlara tədarük olunur", - o deyib.
V.Veysəlov qeyd edib ki, TAP istismara verildikdən etibarən 35 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun 2,14 milyard kubmetri Bolqarıstanın, 3,37 milyard kubmetri Yunanıstanın, 29,22 milyard kubmetri isə İtaliyanın payına düşür.
"Təkcə 2023-cü ildə TAP vasitəsilə 11,50 milyard kubmetr nəql olunub. TAP vasitəsilə nəql olunan qaz İtaliyaya idxal olunan qazın 16 faizini, Yunanıstana idxal olunan qazın isə 18 faizini təşkil edir. Bu, mühüm nailiyyətdir, lakin boru kəmərinin imkanlarını tədricən ikiqat artırsaq, gələcəkdə Avropanın enerji təchizatının təhlükəsizliyinin təmin olunmasına və dekarbonizasiya hədəflərinin əldə olunmasına daha çox imkan yarada bilərik.
TAP-ın genişləndirilmə imkanları hər tək ildə keçirilən bazar sınaqları vasitəsilə bazara təklif olunur. 2024-cü ilin yanvar ayında tamamlanan 2021-ci ilin bazar sınağı 31 dekabr 2025-ci ilə qədərki buraxılış qabiliyyətinə ildə əlavə olaraq 1,2 milyard kubmetr əlavə edən hüquqi öhdəliklərin qəbul olunması ilə nəticələnib", - deyə o bildirib.
V.Veysəlovun sözlərinə görə, birinci genişləndirmə dərəcəsi üçün lazım olan işlər səlis şəkildə irəliləyir.
"Bu ilk genişləndirmə səviyyəsi bazar tərəfindən maraq olacağı təqdirdə növbəti bazar sınaqlarında iştirak yolu ilə mərhələli şəkildə əldə oluna bilən gələcək genişləndirməyə yol aça bilər. 2023-cü ildəki bazar sınağı hələ də davam edir, öhdəlik yaradan sövdələşmələr mərhələsi isə 2025-ci ilin ortalarında gözlənilir. Bu bazar sınaqlarının nəticələri bazar tələbatından asılıdır", - deyə o əlavə edib.
Daha sonra V.Veysəlov təbii qazın şübhəsiz, Avropanın enerji balansının mühüm hissəsi olaraq qalacağını və enerji keçidindən açar rolunu oynayacağını qeyd edib.
"Qaz elektrik stansiyaları qeyri-müntəzəm bərpa olunan enerji mənbələrinə əlavə olaraq, tələb üzrə elektrik enerjisi təklif edir. Təbii qaz innovativ texnologiyaların tətbiqi ilə birlikdə 2050-ci ilədək Aİ-nin karbon neytrallığı hədəfinə nail olmağa imkan yarada bilər. Uzunmüddətli perspektivdə mövcud qaz infrastrukturu karbonsuzlaşdırılmış və ya bərpa olunan qazların nəqli üçün yenidən təchiz oluna bilər.
Avropa aşağı karbonlu gələcəyə keçid etdiyindən, əvvəlki kimi diversifikasiyaya, evlərini isidərək və rəqabət qabiliyyətini saxlayaraq, iqtisadiyyatının inkişafı üçün təhlükəsiz, etibarlı və əlçatan enerji təchizatına ehtiyacı var. Biz TAP olaraq, xüsusən ənənəvi qazıntı yanacağından həddən artıq asılı region olan Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda dayanıqlı keçidi təmin etməyə çalışırıq", - o deyib.
Onun sözlərinə görə, TAP regional səviyyədə Aİ-nin Cənub-Şərqi Avropaya qaz tədarükləri üzrə hədəfini dəstəkləyir və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu tərəfindən Qərbi Balkanların dekarbonizasiya üzrə flaqman layihəsi olaraq qəbul edilib, çünki regionda daha təmiz və əlçatan enerjiyə çıxış imkanına imkan yaradır və bir qaz tədarükçüsündən asılılığı azaldır.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Paylaş:
Digər xəbərlər

Siyasət

13-05-2024, 15:29

Səmərəli siyasi dialoq

Siyasət

8-05-2024, 18:59

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb

İqtisadiyyat

15-04-2024, 21:21

Naxçıvanın enerji təminatı “yaşıl enerji” mənbələri hesabına ödənilib

İqtisadiyyat

18-03-2024, 11:43

Bolqarıstan Azərbaycan-Aİ "yaşıl enerji" dəhlizində mühüm rol oynaya bilər - Nazirlik

İqtisadiyyat

2-03-2024, 18:47

Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verən ölkədir - Nazir

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
  • 11-11-2025, 13:36
    Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
  • 11-11-2025, 13:21
    Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
  • 11-11-2025, 13:18
    Çempionlar Vətənə geri dönür!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə