• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün görkəmli balerina Leyla Vəkilovanın anadan olmasından 98 il ötür

Mədəniyyət

29-01-2025, 11:17

Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı...
Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 98-ci ildönümü tamam olur.
Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.
Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.
Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.
Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq insanlara həyatsevərlik, paklıq aşılayırdı. A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.
Leyla Vəkilovanın səhnə qəhrəmanları müxtəlif dövrlərə və sosial təbəqəyə mənsub olsalar da, onları məhəbbətə bağlılıq və sadiqlik kimi ümumi cəhət birləşdirib. Balerinanı isə qəhrəmanlarına bağlayan onun sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın yaratdığı obrazlar mükəmməl bədii-xoreoqrafik surətlər kimi balet sənətimizin incilərindəndir.
Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edib. L.Vəkilovanın Moskva çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılıb.
Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.
Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.
Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Bu gün də Leyla Vəkilovanın oynadığı baletlərdən fraqmentlərə baxanda xəyallarımızda dolaşan qəhrəmanlarımızı görür, onların saf hisslərinin təcəssümündən qəlbimiz riqqətə gəlir. İnamla deyə bilərik ki, balerinanın ifası öz ecazkarlığı ilə sənət aləmində bir əfsanəyə çevrilib. Hələ neçə-neçə nəsil bu incəsənət əfsanəsinin zəngin yaradıcılıq yolu ilə tanış olacaq, sənətdə ona bənzəməyə çalışacaq.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

26-01-2025, 19:51

Tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 92-ci ildönümü tamam olur

Mədəniyyət

23-09-2024, 11:36

SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasından 96 il ötür

Mədəniyyət

1-09-2024, 12:19

“Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq

Mədəniyyət

27-07-2024, 10:51

Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür

Mədəniyyət

18-04-2024, 11:06

Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • 15-09-2025, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 15-09-2025, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə