Dostları tanınmış rəssamın damarları kəsilmiş meyitini tapıblar.
Hadisə paytaxtın Xətai rayonu M.Rüstəmov küçəsi ev 6/4-də qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Fərhad Əhmədli oğlu İsgəndərovun qol damarları kəsilmiş meyiti aşkar edilib.
Hadisənin motivi məlum deyil.
Dostlarının dediyinə görə, Fərhad Yalquzaqdan iki gündür xəbər yox imiş.
Dostları dünən axşam onun evinə gediblər. Evdə yerləşən emalatxananın qapısını qırıb içəri girəndə meyitini görüblər.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.