• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Siyasət

20-05-2024, 18:57

Mayın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı müzakirə olunub.
Parlamentin komitə sədri Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqlayaraq bildirib ki, Dövlət Komitəsinin illik məlumatı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.
Qeyd olunub ki, aparılan təhlillərə görə, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika var. İdarəetmə və qərar qəbul etmədə qadınların iştirakçılığının artması müşahidə olunur. İnzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə də hakim qadınların sayı artır. Bununla yanaşı, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlər görülür, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılır.
Hicran Hüseynova ölkəmizdə kişilər və qadınların təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak etdiyini, oğlan tələbələrlə, yanaşı qızların da dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldıqlarını söyləyib. O, həmçinin təhsildən yayınma halları, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, qanunvericilikdə bunun nəzərə alınmasının vacibliyini də qeyd edib. Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi ilə bağlı fikirlərini açıqlayıb.
Komitə sədri diqqətə çatdırıb ki, pensiyalarla bağlı gender bərabərliyinin təmin edilməsi sahəsində də müsbət tendensiyalar mövcuddur. Qanunvericiliyə edilən dəyişikliklərdə artıq analarla yanaşı, atalar da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olacaqlar.
Məişət zorakılığı və onun fəsadları barədə danışan komitə sədri bildirib ki, belə halların qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxslərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə önəmli dəyişikliklər nəzərdə tutulub.
Hicran Hüseynova illik məlumatı yüksək qiymətləndirib, sənədin peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə detallı təhlillərin aparıldığını, verilən təklif və tövsiyələrin, habelə qarşıya qoyulan vəzifələrin məqsədəmüvafiq olduğunu vurğulayıb.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin mavini Sədaqət Qəhrəmanova qurumun 2023-cü il üzrə məlumatını təqdim edib. Bildirilib ki, Dövlət Komitəsi 2023‐cü ildə öz əsasnaməsində müəyyən edilmiş istiqamətlər üzrə vəzifələrini uğurla həyata keçirib. Komitə il ərzində bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq edib, beynəlxalq və qeyri‐hökumət təşkilatları ilə birgə layihələr icra edib. 2023‐cü ildə normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində önəmli addımlar atılıb.
Diqqətə çatdırılıb ki, 2023‐cü il ərzində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikah, məişət zorakılığı, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərlik, insan hüquqlarının təbliği, eyni zamanda, dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası məqsədilə bir sıra tədbirləri keçirilib. Komitə yerli icra hakimiyyətləri orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub, habelə Komitənin tövsiyəsi ilə bütün Bələdiyyələrdə Gender Komissiyaları yaradılıb.
Məlumatda qeyd olunur ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı daxil olan müraciətlər əsasında bu istiqamətdə hüquqi, psixoloji, tibbi xidmətlər göstərilib, məşğulluqla bağlı məlumatlandırma, müraciət edənlərin ailə və yaşayış şəraiti ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib. Dövlət Komitəsi tərəfindən məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimlər təşkil edilib.
Sədaqət Qəhrəmanova dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının strukturunda, müxtəlif sahələr üzrə, o cümlədən əmək və təhsil hüquqlarının həyata keçirilməsində, informasiya‐kommunikasiya texnologiyaları sahəsində, iqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı mövcud vəziyyət və görülən işlər barədə fikirlərini açıqlayıb.
Qeyd edilib ki, məlumatda, həmçinin hesabat ilində əldə olunan nailiyyətlər, beynəlxalq əməkdaşlıq, mövcud problemlər və maneələr, gələcəkdə icrası planlaşdırılan məsələlər və qarşıya qoyulan hədəflər də öz əksini tapıb.
Məsələ ətrafında müzakirələrdə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Rauf Əliyev, Sədaqət Vəliyeva, Sevil Mikayılova, Könül Nurullayeva, Nigar Arpadarai, parlament Aparatın Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək Dövlət Komitəsinin məlumatını müsbət qiymətləndiriblər. Çıxışlarda ölkədə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə qadınların rolunun artırılması sahəsində həyata keçirilən tədbirlərin məqsədəmüvafiq olduğu qeyd edilib, dövlət tərəfindən bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilib. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.
Müzakirələrin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

18-05-2024, 19:27

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

Siyasət

13-05-2024, 15:49

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Qadınlar Forumunda Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb

Cəmiyyət

8-05-2024, 14:33

Ailə, qadın və uşaq məsələlərinin müzakirə olunması mühüm bir addımdır

Yazarlar / Cəmiyyət

3-05-2024, 13:08

Media sosial təcrübənin əsas ötürücüsüdür - Hicran Hüseynova

Siyasət

13-03-2024, 19:00

Milli Məclisin deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • Dün, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • Dün, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə