"Mayın 7-də Ankarada Türkiyə Böyük Millət Məclisində Türkiyə Parlamentinin Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan, KKTC Cümhuriyyət Məclisinin Gender Ayrı-seçkiliyinə Nəzarət Komitəsinin sədr müavini Rəsmiyə Eroğlu Canaltay və KKTC baş katibi Seral Fıratla görüşdük."
Bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib. O, əlavə edib ki, bu görüşün ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirməkdə mühüm bir addım olduğunu görmək xoşdur. Ailə, qadın və uşaq məsələlərinin müzakirə olunması mühüm bir addımdır. Bu, ictimaiyyətin bütün üzvlərinin maraqlarını nəzərə alaraq daha inklüziv qərarlar verməyə kömək edir. Qeyd etdiyim mövzuların müzakirə olunması, cəmiyyətimizin daha sağlam, dərin əlaqələr qurmasına və hər bir şəxsin potensialından tam istifadə etməsinə yardım edir:
"Türk dünyasının birgə hərəkət etməsi mühüm bir məqsəddir və komitələrimiz arasında əməkdaşlığın gücləndirilməsi bu məqsədə çatmağa kömək edir. Bu, tərəflər arasında əlaqələrin və bağların güclənməsinə, müşahidə və təcrübələrin mübadiləsinə imkan verir.
Xanım Çiğdem Ərdoğan və nümayəndə heyətinə ev sahibliyi üçün təşəkkür edirəm."- Deputat deyib.