Milli Məclis müxtəlif parlament təşkilatlarının işində fəal iştirak edir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycan parlamenti APA ilə yanaşı, daha 3 parlamentlərarası təşkilata, yəni İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, Türk Dövlətlərinin Parlament Assambleyasına və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik edir. Spikerin sözlərinə görə, bu cür fəaliyyət Milli Məclisin çoxtərəfli parlament diplomatiyasına güclü inamını əks etdirir.
O, xüsusilə, qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır ki, bu da ölkəmizin çoxtərəfliliyə daha bir mühüm töhfəsidir.