• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 29 mart tarixli plenar iclasında çıxışı

Gündəm / Siyasət

29-03-2024, 12:09

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur.
Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi.
Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda müzakirələr aparıldı.
Öz çıxışımda mən beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini qeyd etdim. Parlament diplomatiyasının artan əhəmiyyətindən danışdım, sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərimi bölüşdüm. Bildirdim ki, xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər.
Hörmətli deputatlar!
Bildiyiniz kimi, hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına Azərbaycan Milli Məclisinin sədri rəhbərlik edir. Cenevrədə mənim sədrliyimlə bu iki təşkilatın iri miqyaslı tədbirləri keçirildi.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında üzv parlamentlər, habelə beynəlxalq təşkilatların 56 nümayəndə heyəti iştirak etdi.
Toplantıda söylədiyim giriş nitqində mən Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində atılan addımların Hərəkatın institusional inkişafı üçün əhəmiyyətini qeyd etdim.
Eyni zamanda, Hərəkatın Parlament Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması, digər parlamentlərarası təşkilatlar ilə dialoq və əməkdaşlığının inkişafı üçün görülən işlər barədə də məlumat verdim.
Konfransda “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusu ətrafında müzakirələr aparıldı.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqında qərarlar qəbul olundu, tədbirin yekunlarına dair Cenevrə Bəyannaməsi qəbul edildi.
Qeyd edim ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalandı.
Hörmətli həmkarlar!
Asiya Parlament Assambleyasının koordinasiya iclası Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Assambleyanın ilk koordinasiya iclası oldu.
Çıxışımda bildirdim ki, parlamentlərarası təşkilatların fəaliyyətinin genişlənməsinə yönələn qlobal tendensiyalar, parlamentlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığını tənzimləyən normativ hüquqi bazanın inkişafı, qlobal qərarların qəbulu proseslərində parlamentlərin daim artan iştirakı parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.
Bu baxımdan Asiya Parlament Assambleyasının roluna diqqət cəlb etdim. Qeyd etdim ki, təşkilat Asiyada və dünyada əməkdaşlığın, sülh və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır.
Asiya Parlament Assambleyası ilə Parlamentlərarası İttifaqın ümumi məqsədlər naminə fəaliyyətini və səylərini əlaqələndirməyin zəruriliyini də vurğuladım.
Hörmətli deputatlar!
Hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29 konfransına hazırlıq işlərindən danışdım. Bildirdim ki, ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur.
Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini bildirdim.
Hörmətli həmkarlar!
Cenevrədə bir sıra ikitərəfli görüşlər də keçirildi. ICESCO-nun Baş direktoru, Serbiya, Əlcəzair, Qayana, Syerra-Leone, Qazaxıstan, Özbəkistan, Kot-Divuar parlamentlərinin sədrləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirildi. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıldı.
Hörmətli həmkarlar !
Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü də baş tutdu. Aparılmış müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlər nəzərdən keçirildi.
Hörmətli deputatlar!
Hesab edirəm ki, Cenevrə şəhərinə işgüzar səfər uğurlu keçdi və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli həmkarlar !
Bildiyiniz kimi, iki gündən sonra ölkəmizdə Azərbaycanlıların soyqırımı günü qeyd ediləcəkdir. Xalqımız erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərcə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.
Hörmətli həmkarlar!
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoymuşdur. Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmişdir. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-03-2024, 11:21

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib

Siyasət

5-03-2024, 13:30

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 5 mart tarixli plenar iclasında çıxışı

Siyasət

4-03-2024, 19:06

Milli Məclisin sədri Sahibə Qafarova Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Video

23-02-2024, 19:54

Milli Məclisin sədri Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı

Siyasət

23-02-2024, 13:54

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə