Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.
Səpələnmişlər sırasında yer alan son ölkə çempionu II raundda Cəbəllütariqin “Linkoln” klubunu keçəcəyi təqdirdə, növbəti mərhələdə aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
Səpələnməmişlər
"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya)– "Sparta" cütünün qalibi
APOEL (Kipr) – "Petrokub" (Moldova) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.