Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.
Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edəcək.
Türkiyənin “Fənərbaxça” klubunun da rəqibi bəlli olacaq. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını daşıdığı Zaqreb “Dinamo”su da rəqibini tanıyacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. Səpələnməmiş klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.
Səpələnmişlər
“Aston Villa”
“Brügge”
“Fənərbaxça”
“Fiorentina”
“Lill”
“Makkabi” Təl-Əviv
PAOK
“Viktoriya”
Səpələnməmişlər
“Ayaks”
“Dinamo” Zaqreb
“Makkabi” Hayfa
“Molde”
“Olimpiakos”
“Servett”
“Şturm”
“Sent-Jiloaz”