• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı Forumundan dünyaya mesaj: “Cənubi Qafqaza müdaxiləyə icazə verməyəcəyik”

Siyasət

3-05-2024, 11:19

Müşfiq Məmmədli
Milli Meclisin deputatı

“Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”. Bu sözləri Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışının əvvəlində söyləyib.
110 ölkənin nümayəndəsinin iştirak etdiyi Bakı Forumunun çox mühüm və nüfuzlu beynəlxalq platforma adlandıran ölkəmizin başçısı “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqu təşviq etdiyini xatırladıb və təəssüf hissi ilə qeyd edib ki, dünyada hələ də yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi olduğunu dilə gətirən cənab İlham Əlıiyev Azərbaycanın təşəbbüsünün ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirdiyini vurğulayıb: “Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq, ancaq bu vəziyyətdən çıxa bildik. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər”.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın qəti şəkildə çoxtərəfliliyə sadiq olduğunu, çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq etdiyini, pandemiya dönəmində fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxdığını, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin önündə olduğunu iştirakçıların diqqətinə çatdırıb: “Bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır... Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir”.
Dövlətimizin başçısı yekdil qərarla COP29-a ev sahibi ölkə seçilən Azərbaycanın indi öz rolunu körpülərin salınmasında gördüyünü qeyd edib: “Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq... COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti yaradılıb”.
Cənab İlham Əliyev torpaqları 30 il işğal altında qalan Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etdiyini xatırladıb:. “Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Bəzi ölkələr Ermənistana dəstək verirdi. 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik...”
Möhtərəm Prezidentimiz məhz Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdüyünü bildirib: “Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil”.
Dövlətimizn başçısı bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyənlərə xəbərdarlıq etməyi də unutmayıb: “Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

Paylaş:
Digər xəbərlər

Siyasət

2-05-2024, 22:15

Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Siyasət

2-05-2024, 17:40

Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransında çıxış edib

Siyasət

1-05-2024, 11:17

Prezident İlham Əliyev: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cəmiyyət

1-05-2024, 11:15

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başladı

Cəmiyyət

29-04-2024, 12:15

Bakıda keçiriləcək beynəlxalq tədbirdə 700 qonaq iştirak edəcək

Yazarlar
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
“Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür
Hadisə
15-07-2025, 12:39
Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
3-07-2025, 12:05
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
30-06-2025, 13:39
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
25-06-2025, 17:03
Polis bu qadını axtarır, görənlər xəbər etsin
19-06-2025, 12:00
Taleh Qaraşova sui-qəsd hazırlayana AĞIR CƏZA
18-06-2025, 11:48
Bakıda tanınmış rəssamın damarları kəsilmiş meyiti tapıldı
Son xəbərlər
  • 25-07-2025, 20:48
    XEBERGLOBALTV.AZ VEB SAYTİNİN DİREKTORU VƏ JURNALİSTİ ORXAN ƏHMƏDOV'A TƏZYİQLƏR DAVAM EDİR
  • 17-07-2025, 12:45
    Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır
  • 15-07-2025, 12:43
    Prezident İlham Əliyev: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir
  • 15-07-2025, 12:42
    Emin Ağalarov Özbəkistanda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək mediasının suallarını cavablandırıb
  • 15-07-2025, 12:40
    Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər
  • 15-07-2025, 12:39
    Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
  • 10-07-2025, 17:03
    Daxili İşlər Nazirliyində altı ayın yekunları müzakirə olunub
  • 4-07-2025, 22:43
    Ictimaətin nəzərinə çatdırmaq istəyirik ki...
  • 3-07-2025, 12:10
    Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
  • 3-07-2025, 12:07
    Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyi qeyd edilib
  • 3-07-2025, 12:05
    Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
  • 2-07-2025, 14:00
    Ədliyye naziri Fərid Əhmədovun yeni təyinatı
  • 2-07-2025, 11:47
    Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir
  • 2-07-2025, 11:45
    Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
  • 2-07-2025, 11:43
    Tahir Gözelin “Green Tech”də Özbəkistanın kənd təsərrüfatı naziri ilə görüşü olub
  • 2-07-2025, 11:41
    AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib
  • 1-07-2025, 11:07
    ÜST: Dünyada hər saat 100 insan tənhalıq səbəbindən vəfat edir
  • 1-07-2025, 11:03
    Hindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb
  • 1-07-2025, 11:01
    BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb
  • 1-07-2025, 10:56
    Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində bir sıra tarixi-mədəni abidələrlə tanış olublar
  • 30-06-2025, 13:41
    Mərakeş parlamentariləri Ulu Öndərin məzarını ziyarət ediblər
  • 30-06-2025, 13:39
    Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
  • 30-06-2025, 13:36
    Azərbaycan gimnastları Polşada gümüş medallar qazanıblar
  • 30-06-2025, 13:28
    Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar - REPORTAJ
  • 29-06-2025, 11:55
    Rusiyada azərbaycanlıların öldürülməsinə RƏSMİ REAKSİYA
  • 29-06-2025, 11:53
    "Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
  • 29-06-2025, 11:49
    Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
  • 29-06-2025, 11:47
    Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
  • 26-06-2025, 14:42
    "Hüquq elmində yenilik- 18.06.2025-ci il tarixdə OMBUDSMAN əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkum Rauf Rəhimovun Qanunlar Toplusu kitabının təqdimatı keçirildi "
  • 26-06-2025, 10:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 17:06
    Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
  • 25-06-2025, 17:03
    Polis bu qadını axtarır, görənlər xəbər etsin
  • 25-06-2025, 16:57
    Kevin Medina: Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim
  • 25-06-2025, 16:54
    Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib
  • 24-06-2025, 23:26
    Elmar Əliyev kimdir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə