
İctimaətin nəzərinə çatdırmaq istərdim ki, bəzi müxalif qüvvələr Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinin təzə təyin edilmiş rəisi Rəşad Əhədovla bağlı xoşagəlməz sözləri sosial şəbəkələrdə yerləşdirirlər. Lakin bu xəbərlər son dərəcə yalan və qətiətlə iftiradır. Bildirmək istəyirik ki, bu xoşagəlməz yazılar 9 saylı cəzaçəkmə müəssisəsinin vaxtı ilə imtiazlı şəraitdə yaşayan və heç bir hüquq mühafizə orqanlarında çalışmayan məhkum olunmuş Rəhimov Raufun qərəzli fikirləridir. Rəhimov Rauf qəstən bu fikirləri ictimaət arasında paylaşdırır ki, ona indiki rəis də vaxtı ilə yaradılmış imtiyazları yaratsın. Hesab edirik ki, Rəşad Əhədov Rauf Rəhimovun sosial şəbəkələrdə yaydığı bu yalan şayələrdən ötrü ona istədiyi əlverişli imtiyazları yaratmayacaqdır. Çünki Rəşad Əhədov dövlət və dövlətçiliyini sevən, karrupsiyaya yox deyən bir müəssisə rəisidir. Əziz oxucularımız, onu da qeyd etmək istərdik ki, XEBERGLOBALTV. Az veb saytının direktoru və jurnalisti Əhmədo Orxan 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Orxan Əhmədovun ailəsi ilə də telefon danışığımızdan sonra arvadı Yeganə Əhmədova bildirmişdir ki, məhkum Rəhimov Raufun dedikləri qətiətlə yalandır. Rəşad Əhədov 9 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin edildikdən sonra məhkumların qidalanması və saxlanılma şəraitləri yüksək səviyyəyə çatdırılmışdır. Yeganə Əhmədova onu da qeyd edir ki: “ Ərim, Orxan Əhmədov ağır şəkərli diabet xəstəsidir. Onun dərman pereparatları və yeməkləri yüksək şəkildə təmin edilmişdir.”
Buna görə də biz XEBERGLOBALTV.Az adından rəhbərimiz Əhmədov Orxan Bahəddin oğluna qanun çərçivəsində yaradılmış şəraitə görə Rəşad Əhədova dərin təşəklürlərimizi, yeni vəzifəyə təyinatı münasibətiləsə bir daha təbriklərimizi ünvanlayırıq. Gələcək işlərində isə ona müvəffəqiyyətlər arzulayırıq.