• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 15 mart tarixli iclasında çıxışı

Siyasət

15-03-2024, 14:39

Hörmətli həmkarlar!
İcazənizlə, mən ötən iclasdan bəri, yəni təqribən 10 gün ərzində Milli Məclisdə görülmüş işlər haqqında sizə qısa məlumat vermək istəyirəm.
Qeyd edim ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilmişdir. Bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilmiş və plenar iclasda baxılmasına dair rəy verilmişdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda geniş ictimai dinləmə keçirmişdir. Dinləmədə Milli Məclisin müxtəlif komitələrinin üzvləri, Aparatın müvafiq şöbələrinin işçiləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər vəzifəli şəxsləri, habelə Boston Consulting Group şirkətinin nümayəndəsi və müstəqil ekspertlər də iştirak etmişlər.
Hörmətli həmkarlar!
Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Əfzəl Xan, Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker və rəhbərlik etdiyi heyət, Avstriya Parlamentinin Cənubi Qafqazla dostluq qrupunun rəhbəri Andreas Minnix və qrupun üzvləri, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadze və komitənin üzvləri, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə mənim görüşlərim olmuşdur.
Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusən parlamentlər arasında iş birliyinin gücləndirilməsi yolları nəzərdən keçirilmişdir.
Həmsöhbətlərimə Azərbaycanın bugünkü reallıqları barəsində geniş məlumat verdim. Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə fikirlərimi bölüşdüm. Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu da vurğuladım.
Hörmətli həmkarlar!
Milli Məclisdə bu ərəfədə Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclası da keçirilmişdir. İclas “TÜRKPA üzvü olan dövlətlərdə elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmişdi.
Hörmətli həmkarlar!
Son olaraq onu da qeyd edim ki, martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli münasibətini bir daha nümayiş etdirərək “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul etmişdir. Milli Məclis anti-Azərbaycan xarakterli bu növbəti qətnaməyə yenə də öz qəti etirazını bildirmişdir. Yəqin ki, müvafiq sənədlə mətbuatda tanış olmusunuz.
***
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Xanımlar və cənablar!
Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.
Hörmətli həmkarlar,
İlk öncə qeyd edim ki, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir, Milli Məclisin iclasında iştirak edirlər. Xatırladım ki, fevralın 16-da Baş nazirin təyinatına razılıq məsələsinə baxılarkən biz hörmətli Əli Əsədovu təbrik etmişdik. İndi isə fürsətdən istifadə edərək, hökumətin bütün üzvlərini səmimi qəlbdən təbrik edirik və onlara yeni uğurlar arzulayırıq.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
2023-cü il milli inkişaf tariximizə “Heydər Əliyev İli” kimi daxil olmuşdur. Bununla birlikdə, ötən il möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edilmişdir. Keçdiyimiz tarixi dövrün təhlili göstərir ki, Ulu Öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf dinamikası möhtərəm cənab Prezidentin rəhbərliyi ilə ildən-ilə daha da möhkəmlənmiş və 2023-cü ilin uğurlu göstəricilərində yeni ifadəsini tapmışdır.
Hörmətli həmkarlar,
Mən yalnız bir neçə rəqəmi qeyd edəcəyəm və bilirəm ki, bu haqda ətraflı məlumat veriləcək. Sadəcə onu qeyd edim ki, ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri neft-qaz sektorunun hesabına təmin edilmişdir.
Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir.
2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilmişdir. Bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənmişdir. Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olmuşdur.
Bütün bunlar, hörmətli həmkarlar, dövlət başçısı möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması, infrastrukturun inkişafı və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Əminliklə söyləmək olar ki, bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Mən bu il fevralın 14-də möhtərəm cənab Prezidentin andiçmə mərasimində söylədiyi nitqdən bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident demişdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq.
...Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.
Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Eyni zamanda, artıq 4 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrası barədə məlumat da daxil edilir.
Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirələrdə fəal iştirak edəcək və səmərəli təkliflər irəli sürəcəklər.

Paylaş:
Digər xəbərlər

Siyasət

13-03-2024, 19:04

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Siyasət

13-03-2024, 18:56

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Siyasət

11-03-2024, 11:11

Parlament diplomatiyası Milli Məclisin prioritetlərindəndir

Siyasət

5-03-2024, 13:30

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 5 mart tarixli plenar iclasında çıxışı

Gündəm / Siyasət

22-02-2024, 18:02

Milli Məclisin sədri Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə