• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tələbələrin ali məktəbə bərpa edilmə qaydası müəyyənləşdi

Cəmiyyət

7-03-2024, 11:59

Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.
Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qərarında bildirilib.
Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.
Bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər.
Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər.
Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər.
Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa (ixtisas ləğv olunduğu halda), o, uyğun ixtisas və ixtisaslaşma üzrə (ixtisas və ixtisaslaşmaların uyğunluğu Nazirlik tərəfindən müəyyən olunur, bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsinə (təhsil müəssisəsi ləğv edildiyi halda digər təhsil müəssisəsinə) bərpa oluna bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrlar təhsil müəssisəsindən xaric olunduqda yalnız qəbul olunduğu ixtisas və təhsilalma forması (qəbul olunduqları ixtisas və təhsilalma formasında kadr hazırlığı aparılmadığı halda həmin təhsil müəssisəsində digər ixtisas və təhsilalma forması) üzrə bərpa oluna bilərlər.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslardan kənar ixtisasa bərpa üçün müraciət edə bilməzlər.
Xüsusi təyinatlı ali təhsil müəssisələrindən səhhətinə görə xaric olunan şəxslər uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü, 4.4-cü və 4.9-cu bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. Digər səbəblərdən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunmuş şəxslərin mülki ali təhsil müəssisələrinə bərpası bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-4.9-cu bəndlərinə uyğun olaraq aparılır.
Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.
Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirilir.
Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar.
Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

Paylaş:
Digər xəbərlər

Dünya

28-02-2024, 21:18

Fransanın Kann şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransının (GEC) açılış mərasimi olub

---

28-02-2024, 20:29

Kəlbəcərdə ən müasir standartlara uyğun məktəb binası tikilir

Cəmiyyət

23-02-2024, 14:02

Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib

Gündəm / Cəmiyyət

23-02-2024, 12:22

BŞTİ-nin yeni müdiri kimdir?

Cəmiyyət

22-02-2024, 17:57

Martın 3-də buraxılış imtahanı keçiriləcək

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
Son xəbərlər
  • Bugün, 15:48
    LALƏ RUSTƏMOVA PENiTENSİAR XİDMƏTİN RƏHBƏRLİYİNDƏN QƏBUL EDİLMƏSİNİ XAHİS ETDİ.
  • Dün, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • Dün, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
  • 11-11-2025, 13:36
    Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
  • 11-11-2025, 13:21
    Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
  • 11-11-2025, 13:18
    Çempionlar Vətənə geri dönür!
  • 11-11-2025, 13:11
    “Ərdoğan çox güclü ordusu olan böyük liderdir” – Tramp
  • 10-11-2025, 22:45
    Xəzər dənizində xilasetmə işləri həyata keçirilmişdir
  • 10-11-2025, 19:56
    “İqtisadi cəhətdən heç bir ölkədən asılı deyilik”
  • 10-11-2025, 16:55
    Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi – Foto
  • 10-11-2025, 16:27
    "Bugünkü nəsil Atatürkün vəsiyyətlərinə sadiqdir" - Ərdoğan
  • 10-11-2025, 12:37
    ABŞ bir gündə 2 mindən çox uçuşu ləğv etdi
  • 10-11-2025, 12:20
    2025-ci il üzrə ən çox tələb olunan peşələr
  • 10-11-2025, 11:42
    Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
  • 10-11-2025, 11:37
    Zelenski: Trampdan Qərb liderləri kimi qorxmuram
  • 10-11-2025, 11:33
    Gələn ildən bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən
  • 10-11-2025, 11:27
    Qızılın qiyməti ilk dəfə 4050 dolları keçdi
  • 10-11-2025, 11:10
    İslamiada: Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar
  • 8-11-2025, 22:02
    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
  • 8-11-2025, 12:12
    Azərbaycan Zəfər Gününü qeyd edir
  • 8-11-2025, 12:01
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı videoçarx paylaşıb
  • 7-11-2025, 17:50
    Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 7-11-2025, 17:35
    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib
  • 6-11-2025, 18:38
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 4-11-2025, 21:25
    Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib
  • 4-11-2025, 21:24
    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
  • 4-11-2025, 21:22
    Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
  • 4-11-2025, 21:21
    Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
  • 4-11-2025, 21:19
    İbrahim Tatlısesin MİRAS QƏRARI - övladları qəzəbləndi
  • 4-11-2025, 21:17
    Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə