“Ata Yolu”
Dünyanın mərkəzində çox şanlı dövlətin var.
Bu dövlətdə var olan şöhrətli millətin var.
Bu millətin dilidə,tarixidə qədimdir,
İgidliyi,mərdliyi mənimdə hünərimdir.
Asandırmı,bir dövlətin bir dünyada varlığı?
Aydınlada bu günəş sonsuz bir qaranlığı.
Bu vətənin bu elin sönməyən günəşi var…
Onun adı tarixə əbədiyyən yazılar.
Heydər oğlu İlhamdır Müzəffər Komandanım,
Qarabağı fəth edən igidim qəhrəmanım.
Döyüşdə qalib,fəteh,Siyasətdə alidir,
Sülhə olan hörməti kainata bəllidir.
Nüfuzlu dövlətlərin olar Ali qonağı,
Beynəlxalq təşkilatdan gələr xeyir sorağı
Rəcəb Taib Ərdoğan onun yaxın qardaşı
Döyüşdə Silahdaşı,ehtiharlı sirdaşı.
Türk dünyası Fəxr edir onun hər əməliylə,
Həm dünya baxışıyla,həm dərin elimiylə
Amerika da atıbdır sülhə imza qolunu,
Zəngəzurda açdırdı Böyük Tranp yolunu,
Qəzza sülh şurasına təsisçi qonaq oldu,
Müsəlman dünyasına o yanan çıraq oldu
Qazandı zəhmətiylə Zayyet mükafatını
Sülh sevər dahi kimi tanıtdı öz adını.
Bu millətin adıyla İlham adı qoşadır.
Xalqı onun adını məhəbbətlə yaşadır.
Qarabağ Azərbaycandır!Şüarın dillərdədir,
Dəmir yumruğun sənin hər zaman yerindədir.
Düşmənə qorxu,Dosta etibarlı olmusan,
Ey Heydər oğlu İlham sən Lider doğulmusan
Bu Millətin,Dövlətin gələcəyi sənlədir,
Ədaləti haqq səsi tək inamı səndədir.
Bu Şeir yazılıbdır Abidin qələmindən
Həqiqət dilə gəlib bir məhkumun dilindən.
Abid Əsədov.