İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, “Uğur Park yaşayış kompleksi”nə qarşı edilən qarayaxma tədbirlərinə şəxsən rəhbərlik edən, bu kompleksin müəmmalı şəriklərinin qanunsuz əməllərinə Gəncə Şəhər Məhkəməsi tərəfindən qətiyyətli qərar verildi.
Belə ki, “Uğur Group İnşaat” MMC-nin öz müştərilərinə ədalətli, dürüst və vicdanlı xidmət göstərmək kimi əsas məqamına zidd olaraq keçmiş şərikləri, Gəncə şəhər sakinləri Əbülfət və Ələmdar Yusifov qardaşlarının qanunsuz hərəkətləri nəticəsində “Uğur Group İnşaat” MMC-nin rəhbəri Əsədov Abid Ələkbər oğlunun həbsi və şirkətə külli miqdarda zərər vurulması ilə nəticələnmişdir.
Bu halların qarşısının alınması və gələcəkdə şirkətin həmin qardaşların yeni qurbanına çevrilməməsi məqsədilə Gəncə Şəhər Məhkəməsinin obyektiv, qərəzsiz və ədalətli qərarı ilə Əbülfət və Ələmdar Yusifov qardaşları “Uğur Park yaşayış kompleksi”ndəki paylarından məhrum edilmişdirlər.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “Uğur Park yaşayış kompleksi”nin bütün payları şəxsən Əsədov Abid Ələkbər oğluna məxsusdur.
Qanuna görə, ondan başqa heç kəsin bu kompleksin adından satış, icarə və ya hər hansı pay vermək hüququ və səlahiyyəti yoxdur. Digər hallarda olduğu təqdirdə “Uğur Group İnşaat” MMC və rəhbərliyi heç bir məsuliyyət daşımayacaqdır.
Odur ki, “Uğur Group İnşaat” MMC bu qərarı rəsmi qaydada xeberglobaltv.az veb saytında dərc edərək diqqətinizə çatdırmaq qərarına gəlmişdir.